reklam
Regionxeberlericom.az » Sosial » Pənah Hüseyn pensiyaya çıxdı – Keçmiş baş nazir nə qədər təqaüd alacaq?

reklam

Pənah Hüseyn pensiyaya çıxdı – Keçmiş baş nazir nə qədər təqaüd alacaq?


Oktyabr ayının 28-də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam oldu. Bəs, bir zamanlar Baş nazir, millət vəkili, bu günsə partiya sədri olan Pənah bəy yubileyini necə və kimlərlər keçirib?


Bu və digər suallara bağlı Bizim.Media AXP sədrindən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:


- Pənah bəy, hər vaxtınız xeyirli, keçmiş ad gününüz də mübarək olsun.


- Çox sağ olun.


- Yubilieyinizi necə və kimlərlə keçirdiniz?


- Yubileyim olsa da xüsusi bir tədbir keçirmədik. Ailəmlə, qohumlarımla, ən əsası nəvələrimlə bir qeyd etdik.


- Kimlərdən təbriklər aldınız?


- Sağ olsun, təbrik eliyənlər də eləmiyənlər də. Kifayət qədər təbriklər gəldi və gəlməkdə davam edir.


- Kimdənsə xüsusi təbrik gözləyirdinizmi?


- Düzünə qalsa, xüsusi təbrik gözləmirdim. Gözlədiyim təbriklərin çoxu da gəldi.


- Pənah bəy, 65 yaş təkcə yubiley yox, həm də pensiya yaşıdır.


- Hə düz deyirsiniz. Sənədlərimi toplayıb ƏƏSMN-nin müvafiq qurumlarına təqdim etmişəm.


- Siz həm də Üçüncü çağırış Milli Məclisə deputat seçilmisiniz. Bu da Sizə yüksək pensiya almaq imkanı verir.


- Açığı bunun üstündə çox da dayanmaq istəməzdim. Digər sabiq deputatlar necə mən də elə...


Qeyd edək ki, Milli Məclisin deputatlarının maaşı 8 min manatdır. Qanunvericiliyə görə pensiya çıxan sabiq deputatlar bunun 80 faizini alır. Bu minvalla Pənah Hüseyn 6400 manat pensiya alacaq.




Paylaş:


Müəllif : Tarix:
31-10-2022, 13:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər