reklam
Regionxeberlericom.az » Sosial » Yoxsulluq həddində yaşayan Ucar rayon sakini Sahil Babayevə müraciət etdi- ŞİKAYƏT

reklam

Yoxsulluq həddində yaşayan Ucar rayon sakini Sahil Babayevə müraciət etdi- ŞİKAYƏT


RegionXəbərləricom.az-a Ucar rayon Pirkənd kənd sakini Həşimov Elmin Yaşar oğlu tərəfindən daxil olmuş şikayət məktubunda qeyd edilir;  

"Hörmətli cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olsaqda ünvanlı sosial yardım ala bilmirik. Belə ki, dəfələrlə müraciətlər etmişik. Amma əsassız imtinalar verilir. Qeyd edim ki, özüm üçüncü qrup gözdən əliləm. Bir gözüm tamamı ilə görmür, kordur. Həyat yoldaşımda işləmir. İki övladım var. Oğlum sağlamlığı məhdud uşaqdır. Bu övladıma 200 manat sosial müavinət, həyat yoldaşım ona baxdığına görə 80 manat baxım pulu alır. Mən özüm isə üçüncü qrup əlil kimi 120 manat sosial müavinət alıram. Birdə həyat yoldaşımın və mənim pay torpağımız var. Kartofumuzu, soğanımızı və digər tərəvəz məhsullarını həmin torpaq sahəsində əkib becəririk.Əvvəllər atam köməklik edirdi. Artıq bir neçə aydır ki, oda maddi köməklik etmir. Deyir «Yaşlı adamam artıq özümü güclə dolandırıram. Nə vaxta kimi mən sənə maddi köməklik etməliyəm»

Yeddi-səkkiz il bundan əvvəl atam mənə hal-hazırda yaşdığımız evi tikib. Həmin vaxtdan bizdə köçüb burda yaşayırıq. Hansı bir şəraitdə yaşayırıq mən Sizə deyim və bu dediklərimin subutu kimi yaşadığımız evin otaqlarının şəkillərini bu müraciətimə əlavə edirəm.Həmin şəkillərdən görəcəksiniz ki, ailəm necə ağır vəziyyətdə yaşayır. Belə ki, bizim yaşadığımız bu evin otaqlarının iç suvağı yoxdur. Ev hörgü daşı ilə hörülüb, üstü örtülüb, polu və pataloku köhnə, yararsız taxtalarla yığılıb. Biz belə şəraiti olan evdə yaşayaırıq.

6 sentyabr.2022-ci il tarixində etdiyim müraciətə imtinanın səbəbi kimi «Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması» göstərilib.Bu imtinadan sonra ünvanlı sosial yardım almaq üçün 15 oktyabr 2022-ci il tarixində elektron vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraraciət etdim. Bu müraciətim nazirliyin elektron xidməti olan VEMTAS tərəfindən rəsmi qeydiyyata alındı. Dörd gündən sonra yəni 19.10.2022-ci il tarixində, Göyçay şəhərində DSMF-nin sədri Himalay Məmişovun qəbulunda oldum. Problemi olduğu kimi fondun sədrinə bildirdim və eyni zamanda yazılı ərizədə təqdim etdim. Lakin cəmi iki gün sonra ünvanlı sosial yardım almaq üçün etdiyim bu müraciətədə yenidən imtina gəldi. Bu imtinanın səbəb kimi «Ailə üzvü Həşimova Gülzar Namət qızının Azərbaycan Respublikasının Əmək və Əhalijnin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən A 904013018955-806401 torpağının olması barədə torpağın qeyd edilməməsi» göstərilib. Bu əsassız verilmiş bir imtinadır. Ona görə ki, həyat yoldaşımın bir pay torpağı var Həmin A 904013018955-771162 pay torpaq sahəsi ilə bağlı məlumatı 15.10.2022-ci il tarixində etdiyim müraciətdə qeyd etmişik. Mən verilmiş bu imtinanı, Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətindən aldığım arayışı və A 904013018955-771162 torpağı ilə bağlı məlumat verilməsini subut edən sənədləridə ərizəmə əlavə edirəm. Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətindən həyat yoldaşım Həşimova Gülzar Namət qızın adına verilmiş arayışdan subut olunur ki, onun adına A 904013018955-806401 torpaq sahəsi yoxdur".










Paylaş:


Müəllif : Tarix:
1-11-2022, 09:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər