reklam
Regionxeberlericom.az » Sosial » Gələn il veriləcək ünvanlı dövlət sosial yardımın məbləği açıqlandı

reklam

Gələn il veriləcək ünvanlı dövlət sosial yardımın məbləği açıqlandı
















“Bu ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240,0 manata çatırılıb. Hazırda minimum pensiya orta aylıq əmək haqqının 28,9%-i, minimum aylıq əmək haqqının isə 80,0%-I səviyyəsindədir”.

Bu, Hesablama Palatasının DSMF-nin 2023-cü il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Rəydə qeyd olunur ki, Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin75‒80,0%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir.

Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən növbəti ilin 01 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.




Paylaş:


Müəllif : Tarix:
1-11-2022, 14:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər