Sabit şəbəkə telefonlarından istifadənin abunə haqqı niyə qaldırılıb? – Qərar var, izah yoxdur!
Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.
Müvafiq qərar Tarif Şurasının oktyabrın 26-da keçirilmiş növbəti iclasında qəbul edilib.
Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qurumun Şuraya müraciətində qeyd olunub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır.
Xidmətlərlə bağlı 2 dekabr 2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.
Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının qaldırılması barədə "Sherg.az"a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki,normal hesabatlı, şəffaf qurumlar olsa, qiymət artımlarını izah etmək çətin olmaz:
"Uzun müddətdir, 2 manat 50 qəpiklik tarif tətbiq edilirdi. Xidmət xərcləri, avadanlıqların, yanacağın qiyməti artır. Hətta bu şirkət əməkdaşlarının əməkhaqqını da qaldırmalıdır. Müəyyən xərc yükü yaranır. Nəticə etibarilə, qiymət artımlarını şərtləndirir. Belə qurumların fəaliyyətinin şəffaf olmaması cəmiyyətdə narazılıqla qarşılanır.
Mobil operatorlar şəhərlərarası bazarda geniş paya malikdilər. Optimal paketlər təklif edirlər. Ucqar yerlərdə mobil operator xidmətlərindən istifadə mümkündür. Şəhərlərarası telefon danışığı tarifini aşağı salıb, sabit şəbəkə telefonlarından istifadənin aylıq abunə haqqını qaldırmaq görüntü xarakterlidir.
Yəni adekvat qiymət siyasəti yürütdüklərini bildirmək istəyirlər".
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2022, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər