reklam
Regionxeberlericom.az » Sosial » “Vasif Talıbov-Seymur Talıbov-Cəlil Rüstəmov-Rəşad İsmayılov dördlüsü bizi sındırıb” - Naxçıvan DİN-də NARAZILIQ...

reklam

“Vasif Talıbov-Seymur Talıbov-Cəlil Rüstəmov-Rəşad İsmayılov dördlüsü bizi sındırıb” - Naxçıvan DİN-də NARAZILIQ...


Naxçıvan DİN-də xidmət edən "Bakı casusları" səbrsizliklə Bakıdan gələcək göstərişləri gözləyirlər.

Naxçıvan MR DİN-də xidmət edən polis əməkdaşlarından Ovqat.com-a maraqlı məktub daxil olub.

Məktubda deyilir:

“Hörmətli Heydər bəy. Naxçıvan həqiqətlərini bütün Azərbaycan ictimaiyyətinə çatdırdığınız üçün sizə təşəkkür edirik. Ən əsası isə Naxçıvan DİN-də xidmət edən bizlərin səsini cənab nazirimiz Vilayət Eyvazova çatdırığınız üçün Sizə minnətdarıq.

Naxçıvanın hüquq mühafizə orqanlarında aparılan struktur dəyişiklərini bütün Naxçıvan camaatı çox müsbət qarşılayır. Biz, Naxçıvan polisləri də bu addımları xüsusi rəğbətlə qarşılayırıq.

Bir etiraf da edək ki, bizlər bu dəyişiklikləri qısqanırıq. Deyəcəksiniz ki, niyə? Səbəbi odur ki, biz də Naxçıvan DİN-də də dəyişikliklərin olmasını arzulayırıq. Fürsətdən istifadə edib bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Vasif Talıbov-Seymur Talıbov-Cəlil Rüstəmov-Rəşad İsmayılov dördlüyü Naxçıvan polisini sındırıb. Biz öz və həqiqi nazirimiz cənab Vilayət Eyvazov dan xahiş edirik ki, əgər Naxçıvan polisində dəyişiklik olacaqsa, başqa qurumun deyil, Azərbaycan DİN-in rəhbərliyi altında fəaliyyət göstərməyimiz çox sevindirici olar.

Ən əsası isə Naxçıvanda polisin fəaliyyətini iflic edən Naxçıvanın daxili İşlər naziri Rəşad İsmayılovun neytırallaşdırılması yaxşı olardı. Hansı Rəşad İsmayılov desəniz, Polis Akademiyası məzunlarını "Bakının casusları" adlandıran, Naxçıvan DİN-in həyətində Polis Akademiyası məzunlarına "Vilayət kimdir ə, mənim ləkələyib işdən çıxardığımı işə götürsün” deyən Rəşad İsmayılov.

Biz tezliklə Naxçıvan DİN-in statusunun ləğv edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Baş Polis İdarəsinin yaradılmasını, eləcə də bu idarəyə mərkəzdən layiqli şəxsin rəhbər təyin edilməsini istəyirik. Biz Vasif Talıbovun və Rəşad İsmayılovun qanunsuz və məntiqsiz göstərişlərini icra etmək istəmirik. Biz öz həqiqi nazirimiz Vilayət Eyvazovdan birbaşa göstəriş almaq istəyirik. Naxçıvan DİN-də xidmət edən "Bakının casusları" ilk olaraq cənab Ali Baş Komandanın, daha sonra isə cənab Vilayət Eyvazovun göstərişini gözləyir”.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 08:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər