"Ermənistanla sülh müqaviləsi yaxın günlərdə Tiflisdə imzalanacaq... hazırlıq gedir..." - İDDİA
"Soçi prosesi sülh gündəmini nəzərdə tutmur, orada sülh müqaviləsindən bəhs edilmir. Bu arada Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək belə bir sənədi tez bir zamanda imzalamalıdır. Əldə etdiyimiz məlumata görə, belə bir sənəd noyabrın sonuna qədər, ən azı dekabrın əvvəlində imzalana bilər".
Regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yazıb.
"Təəccüblüdür ki, müqavilənin Tiflisdə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisinə və simvoluna çevrilə bilər, çünki bu sənədlə bütün Cənubi Qafqaz bu regionda Qərbin maraqlarının operatoru kimi Türkiyəyə verilir. Əldə etdiyimiz məlumata görə, hazırda Gürcüstanda Əliyevlə Paşinyanın görüşünə və sülh erasının başlanğıcını bildirən sənədin imzalanmasına fəal hazırlıq gedir", - Ermənistan nəşri belə yazır.
Xəbərdə deyilir ki, gözlənilən sülh müqaviləsinə görə, Ermənistan son 30 ildən çox dövrdə Qarabağdakı əksər fəlaiyyət imkanlarından tam məhrum ediləcək.
"Bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və yekun çıxışı demək olacaq. Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmamağı öhdəsinə götürür. İrəvan Qarabağ vətəndaşlarının Ermənistan vətəndaşlığı verilməsi və ya onların maliyyələşdirilməsi imkanlndan məhrum ediləcək. Ermənistan Qarabağda yalnız xeyriyyə və sosial layihələr həyata keçirmək hüququ əldə edəcək. Məsələn, uşaq bağçasının təmirsiz divarına suvaq çəkilməsi və onun rənglənməsi şəklində... Bu həddi keçən hər iş separatizm və terrorizmin sponsorluğu və maliyyələşdirilməsi kimi qiymətləndiriləcək...
Qarabağın erməni əhalisinin seçimi olacaq; ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan vətəndaşı kimi yaşadığı yerdə yaşamağa davam edəcək, ya da Ermənistan vətəndaşı kimi Ermənistana köçəcək",- deyə erməni qəzeti bildirir.
Xatırladaq ki, Gürcüstan dövləti Azərbaycanla Ermənistan arasında vasitəçiliyə və sülhə dəstək verməyə hazırlığını dəfələrlə ifadə edib. Prezident İlham Əliyevin bu ölkəyə son səfəri zamanı da baş nazir İrakli Qaribaşvili Azərbaycan və Ermənistan arasında olan təmaslardan danışarkən "Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik",- deyə bildirib.
Bir müddət əvvəl isə hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidze də qeyd edib ki, Gürcüstan vasitəçiliyə hazırdır: “Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili də deyib ki, rəsmi Tiflis Azərbaycan və Ermənistan üçün müzakirələrin aparıldığı platforma olmağa hazırdır. “Əgər ölkəmiz üçün vasitəçilik prosesində iştirak zəruri olarsa, biz buna hər zaman hazırıq və bunu üçün bizim tərəfimizdən heç bir ön şərt irəli sürülmür. Bizim əsas məqsədimiz regionumuzda sülh və sabitlikdir”, - deyə Darçiaşvili vurğiulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2022, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər