Zərərlə işləyən dövlət qurumunun sədri deyir, VƏZİYYƏT DÜZƏLİB... - satışlarımız dəfələrlə artıb
Yeni komanda olaraq bir ildən çoxdur ki, fəaliyyətə başlamışıq və "Azərxalça"nın fəaliyyəti tamamilə dəyişib.
Bunu "Ölkə.Az"a açıqlamasında "Azərxalça" ASC-nin sədri Emin Məmmədov qurumun ardıcıl bir neçə il zərərlə işləməsi ilə bağlı sualları cavablandırarkən deyib.
O bildirib ki, açıqlanacaq maliyyə hesabatlarında bunu görmək mümkün olacaq:
"Azərxalça" bizim xalq sənətimiz, mədəni irsimizdir. Biz yeni inkişafa başlamışıq və qısa müddətdə tamamilə hər şeyi dəyişə bilərik".
E. Məmmədov həmçinin vurğulayıb ki, hazırda Rusiyada, Bruneydə, Dubayda satışlarınız var və bu ölkələrin sayı artırılır: "ABŞ-da satış nöqtələrinin açılması ilə bağlı danışıqlar aparılır və orada da satışlar tezliklə başlayacaq. Satışlar həmçinin onlayn formada aparılacaq. Bu baxımdan satışlarımız dəfələrlə artıb. Rəhbərliyə bu işlərlə bağlı yol xəritəsi təqdim etmişik və həmin xəritə üzrə işlər aparılacaq".
Qeyd edək ki, "Azərxalça" ASC 2020-ci ili 3,283 mln manat, 2021-ci ili 3,199 mln manat zərərlə başa vurmuşdu.
"Azərxalça" ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar həbs edilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2022, 17:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər