Naxçıvan səhiyyəsinin TƏHLÜKƏLİ ZƏBURU... - İLGİNC İDDİALAR...
"Naxçıvan MR Mərkəzi Xəstəxanasından yazdıqdan sonra xəstəxananın üz-gözündən ancaq zəhrimar yağan baş həkimi Zəbur Bağırovun qırışığı açılmış, dodaqlarına gülüş qonmuşdu. Adam işə gələndə sakitcə kabinetinə gedir və çölə çıxmırdı. Xəstəxananın tibb bacılarına, həkimlərinə hirslənmək vərdişini də unutmuşdu. Odur ki, xəstəxana kollektivi sənin adına “Naxçıvanın ən yaxşı kosmetoloq-cərrahı” adını vermişdi". Bunu açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edir.
Araşdırmaçı-jurnalist daha sonra ilginc məqamlara da işıq salır: "Amma Zəbur həkimin üz-gözündəki bu müsbət dəyişiklik uzun sürmədi. Bir gün xanzadə-vəliəhd Seymurun “Grand” hotelində bir bıçaqlanma hadisəsi baş verdi. Yaralanan şəxs təcili Mərkəzi xəstənaya gətirildi və yarasına alayarımçıq tikiş vurulandan sonra adam dəlixanaya göndərildi. Beləcə, “xanzadə” həzrətləri qarşısında etimadını yeniləyən Zəbur həkimin üz-gözü yenidən fabrika ayarına qayıtdı. Yəni yenə dodaqlarına zəhrimarlar qonmağa başladı. Bir də onun qırışığı Naxçıvanda yoxlamalar başlayanda açılmış, dodaqları təbəssümlər meydana gəlmişdi. Amma şənbə günü iş saatının axırında deyəsən tez-tez haldan-hala düşən Zəbur müəllimin üzünü yenidən qara buludlar alıb. Bu, mənfi gedişata işarədir və getdikcə sənin “ən yaxşı kosmetoloq-cərrah” imicinə kölgə düşür.
Dedim: ay “Qara pişik” bəs mən edim ki, xəstəxananın tibb bacılarını Zəbur həkimin qəzəbindən qoruyum.
Bir qədər fikrə gedən “Qara Pişik” birdən “Evrika” deyib elə bağırdı ki, elə bildim Afrikaya gedirik. Təəccüblə üzünə baxanda bildirdi ki, sənə onun xəstəxanada işləyən yaxın qohumlarının siyahısını verəcəyəm. Sən onu dərc elə, bir-iki ay dodağı təbəssümlənəcək. Yenə bu dərmanın təsiri bitəndə sənə bir başqa dərman gətirərəm. “Qara Pişiy”in ağlının dərinliyinə, Vasif “xan”ın qulağından uzaq, qibtə etməyim gəldi. Başa düşdüm ki, zavallı tibb bacılarının taleyi mənim əlimdədir. Naxçıvan hökuməti onu işdən çıxarmayana qədər gərək “kosmetoloq-cərralıq” məharətimi göstərim. Burdan Zəbur həkimə üzümü tutub deyirəm: mən onun kimi xırda-xurda adamlarla uğraşmaq istəmirəm. Gərək o da özünü düşünə və tibb bacılarına öz igidliyini göstərməyə. Əks halda, insanlıq naminə məcburam “Qara Pişiy”in Naxçıvan MR Mərkəzi xəstəxanasından gətirdiyi məlumatları işıqlandıram.
Hələlik isə xırda bir təbəssüm dərmanı göndərirəm Naxçıvana.
"Zəburun Respublika Xəstəxanasında işləyən qohumları:
Bacısı- Zəburə həkim
Xalası- cərrahiyədə tibb bacısı
Bibisi- Bufeti işlədir
Dayısı- təcili yardım maşını sürücüsü
Bibisi oğlanları, 2 nəfər- texniki işçi ştatında (qazanxanada).
Sığorta göndərişlərini yazan işçi var.- adı Durna. Heç bir tibbi təhsili yoxdur, ancaq insanlara analiz və ya aparatlardan keçmək üçün müayinə təyinatı yazır. (Təki pul ödənsin). Xadimə ştatındadır. Xadimədə hünərə bax, ha.
Sığortalı xəstələrin hər birindən 5 manat alınır. O işi də xadimə ştatında olan biri yerinə yetirir. Bir sözlə pul yığmaq işi “xadimələr”in kurasiyasındadır (həqiqi olmayanlar).
Tibbi personalın (həkim, tibb bacısı, feldşer, laborantlar və s) əlavə ödənişləri - yuxu pulu, bayram pulu verilmir, tez-tez də əməkhaqlarından tutulmalar olur. Etiraz edəndə baş həkim açıq şəkildə iclaslarda deyir ki, cənab sədr sizin maaşınızı 50 manat artırıb, burnunuzdan gəlsin.
Hər bir müayinə üçün gündəlik xəstə qəbulu limiti olur. Məs: rentgen gündə 10 nəfər. Ancaq bu limit bitmədən insanları tam pulu ödəməklə müayinəyə məcbur edirlər. Bəzi analizlər sığortaya aid olsa da deyirlər ki, bizdə yoxdur. Sığortasız gələnlərə onları edirlər.
Bir neçə gün öncə Zəfər bayramına görə şəhid ailələrini müayinəyə çağırmışdılar. Kamera qarşısında müayinə etdilər, çəkdilər, müsahibə aldılar. Hamısı da təşəkkür etdilər. Naxçıvan televiziyasında göstərilib. Daha sonra bir neçəsi dedi ki, çox sağolun, bizi yoxladız, resept yazdınız. Bəs bu dərmanları kim alacaq? Bizim pulumuz yoxdur. Onlar üçün sadəcə efirdə görünsün ki, aksiya keçirdilər.
Baş həkim iclaslarda stasionar xəstəsi az olan şöbələrin həkimlərini təhqir edir ki, xəstə yığa bilmirsiniz. Az xəstə olan şöbəni bağlayacağam".
Zəbur həkim, sonda bir daha təkrarlayıram: And olsun, "Qara Pişiy"in canına, dodağınızdan gülüş yox olan kimi, başqa məlumatları da paylaşacağam. Sonra demədi, deməyin".
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2022, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər