Müharibəyə aparmırdılar... Prokuror hərbi komissara zəng edəndən sonra... - Bax, Qarabağ BELƏCƏ AZAD OLUB...
Vətən müharibəsində qazandığımız tarixi qələbədən iki il ötür.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlara ilk ayaq basanlar isə Azərbaycan hərbçiləri oldu. Bu qələbədə ən böyük pay da məhz onlara aiddir. Müharibədə könüllü olaraq iştirak edənlər də az deyildi. Bu gün onlardan biri, döyüşçü həkim Tural Xaspoladla söhbətləşdik.
Döyüşçü həkim Tural Xaspolad savaş xatirələrini Cebhe.info-ya danışıb.
Qeyd edək ki, Tural Xaspolad İkinci Qarabağ müharibəsi iştirakçısı, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
- Tural bəy, artıq müharibədə qazandığımız Zəfərin ikinci ilini qeyd edirik. Sizinlə söhbətə lap əvvəldən başlamaq istəyirəm... Siz həkim olaraq fəaliyyət göstərirsiz, könüllü olaraq müharibədə iştirak etmisiz... necə oldu ki. müharibəyə getmək qərarını verdiniz?
- Müharibə başlayanda Masallıda Bioloji Təbabət Klinikasında işləyirdim. 26 sentyabrda gecə bir ailə məsələsi ilə bağlı Bakıya gəlmişdim. 27-si isə artıq hamımız bildik ki, müharibə başlayıb. Buna qədər isə bizim klinikamız 21 sentyabrda təlimlər başlayanda Müdafiə Nazirliyinə müraciət etmişdi ki, ehtiyac olarsa, bizim təcili yardım briqadası tam heyətlə iştirak edə bilər. Mən orada fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışırdım. Bakıdan rayona işə qayıtdım. Artıq səfərbərlik olmuşdu, amma mən klinikanın təcili tibbi xidməti ilə getmək istəmirdim, döyüşçü kimi müharibədə iştirak etmək istəyirdim. 2014-cü ildə hərbi xidmət keçdiyim uşaqlara zəng edib onlara çağırış gəlib-gəlmədiyini soruşdum. Bir-iki nəfərə çağırış olsa da, digərlərini çağırmamışdılar. Tovuz hadisələri zamanı iyul ayında səfərbərlik üçün müraciət etmişdim. Müharibədən bir neçə gün sonra, 30 sentyabrda Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etdim. 10-15 zəngdən sonra nəhayət düşə bildim, dedim ki, mən həkiməm müraciət etmişəm, amma çağırmırlar. Mənə dedilər ki, hansı hərbi kommisarlıqda qeydiyyatdasızsa, ora müraciət edin. Mən də Laçın Hərbi Kommisarlığından bir nəfərə zəng etdim, dedilər 1 oktyabrda bir qrup könüllü cəbhəyə yola düşəcək, çatdırsan onlarla gedərsən. Bütün sənədlərimi götürüb getdim hərbi kommisarlığa, ora çatanda gördüm ki, kommisarlığın qabağında minlərlə adam var.
Onda mənim uşağım 6 aylıq idi, pandemiya dövrü olduğu üçün cəmi 2 ay görə bilmişdim. Bizə ailə ilə görüşməyə icazə vermirdilər deyə, uşaq babası gildə qalırdı. Avqustun əvvəli gətirmişdim uşağı Masallıya yanıma. Hərbi kommisarlıqda yaşlı bir nəfər də var idi, yaxınlaşdı ki, həkim sən burada xeyir ola? Dedim mən Müdafiə Nazirliyinə müraciət etmişəm, gedirəm müharibəyə. Mənə dedi ki, sən həkimsən, həm də ailəlisən, cəbhə gedə bilməzsən. Onunla bağlı bizə müraciət olub, həkimlər aidiyyəti üzrə hospitala gedəcək. Dedim ki, nə hospital, mən döyüşə getmək istəyirəm. Sonra hərbi kommisar gəldi, ona yaxınlaşıb dedim ki, komandir mən döyüşə getmək istəyirəm, amma mənə belə deyirlər... Yanında bir nəfər vardı, ona tapşırdı ki, bunun sənədlərinə baxın, göndərin. Mənim sənədlərimə baxanda gördülər ki, mən əsgərliyə Abşeron Hərbi Kommisarlığından getmişəm, amma sənəddə Laçın qeydiyyatında olduğun yazılmışdı. Mənə dedilər ki, sənin sənədlərin burada yoxdur, sən gedə bilməzsən. Bunu da ilk dəfə sizə deyirəm, müharibəyə getmək üçün araya adam saldım, zəng elətdirdim ki, məni müharibəyə göndərsinlər.
- Bilmək olar kim tapşırıb sizi?
- Adını qeyd etmək istəmirəm, amma o vaxt Masallının prokuroru vardı, onun yoldaşı bizim klinikada işləyirdi. Zəng etdim ona ki, bəs belə bir problem var. O da birbaşa hərbi kommisara zəng etdi məni tapşırdı. Hərbi kommisar məni çağırdı, sənədlərimi birbaşa Müdafiə Nazirliyinin saytından götürdülər... Orada da gördülər ki, həkiməm, dedilər hospitala gedəcəksən. Dedim komandir, gəl bir-birimizi incitməyək, göndər gedim cəbhəyə.
- Hərbi kommisarlığa gedəndə ailədən kiminsə xəbəri var idi?
- Uşaqları Masallıya yanma aparmışdım. Ona görə hərbi kommisarlığa gələndə onları da gətirmişdim. Mən çatdırmaram deyə qardaşımı da çağırmışdım ki, gəlsin uşaqları qayınatam gilə aparsın. Hərbi kommisarlıqdan çıxanda gördüm ki, qardaşım, qayınatam hamısı gəlib ora. Uzun sözün qısası, 20 nəfərlik qrupla çıxdıq oradan. O qrupdan iki nəfər şəhid oldu.
- Bir laçınlı olaraq görmədiyin torpaqlar uğrunda döyüşmək, işğaldan azad etmək necə bir hisdir?
- O hisləri sözlə ifadə etmək çətindir. Biz avtobusa minəndə gətirib ora yeşiklə su, torba ilə dönər atırdılar. Orada bir mülki şəxs vardı, avtobusun qapısında dedi ki, biz sizi ora necə göndəririksə, elə də qarşılayacağıq. Gedin Laçında samovarı, manqalı qoyun, biz də gəlirik. Sonra biz getdik Ağcabədiyə, orada çoxlu könüllü vardı. Sosial şəbəkələrdə “Ali Baş Komandan silah ver bizə” şüarı ilə video var, o videoda olanlar bizim qrupdur. Biz ora gedəndə vəzifəli şəxslər gəlib dedilər ki, könüllü olaraq gəlmisiz, birdən olar kimsə qorxar, nəsə problemi olar geri evə qayıda bilərsiz. Biz orada dedik ki, biz evə getməyə gəlmişik, bizim evimiz o tərəfdədir, Laçındadır. Hamımız Laçını görmək istəyirdik. Amma ümid etməzdim ki, nə vaxtsa Laçını görəcəm. Biz Füzulinin Şükürbəyli kəndinə getdik, orada da minə yaxın könüllü vardı. Bizə orada forma və silah verdilər. Orada general Mais Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov gəlib bizimlə görüşdü. Orada da dedilər ki, həkimi göndərin Əhmədbəyliyə hospitala. Onda da getmədim. Bir gün sonra həmlə taboruna seçim edirdilə. Həmlə taboru xüsusi təyinatlıların ən ağır taborudur. Təsəvvür edin, 200-ə yaxın şəxsi heyətin 55 nəfəri şəhid oldu, 100-ə yaxını da yaralandı.
- Hansı ərazilərdə döyüşdə oldun?
- Biz Füzulidən başladıq. Xanbəyli, Gorazıllı, Qarakollu, oradan Hadrut, Qırmızı Bazar, Xocavəndin Tuğ kəndi, Azıx Mağarası, Topxana meşəsini keçib Xocalının Çanaxçı kəndinə getdik. İndi “Zəfər yolu” o ərazidən keçir. Biz gedəndə orada yol yox idi, meşə yolu gedirdik. Yol yox idi, tank, top, “KamAZ” gedə bilmirdi, yolda bir neçəsi aşdı. İndi həmin o palçıqlı yerdən asfalt yol çəkiblər. Çanaxçı dərə kimi yerdir, o vaxt oranı ermənilər yüksəklikdən vururdular. Sonra oradan Siqnala getdik, ora Daşaltıdan bir öncəki kənddir. Orada da ağır döyüşlər oldu. Sonra tapşırıq gəldi, Şuşakənd istiqamətinə getdik. Şuşakənddə çox sayda yaralılarımız oldu. Biz yaralılarımızı gətirib Siqnalda hinduşka fermasında yerə saman töküb onun üstünə yığırdıq ki, gəlib onları Çanaxçıdakı hospitala aparacaqlar. Oradan da yaralıları Tuğ kəndinə, sonra da Hadruta aparırdılar. Çünki Hadrutda böyük xəstəxana vardı, oranı hospital etmişdilər.
- Artıq Zəfərin ikinci ilini qeyd edirik. Çox maraqlıdır, qələbə xəbərini alanda harada idin? Hansı hisləri keçirdin?
- Qələbə xəbərini alanda Şuşakənd istiqamətində idik. Bizim taborun bir hissəsi Şuşada idi. Gecə idi, çox şiddətli döyüşlər gedirdi. Kapitan Bəhruz İsmayılov hazırda komandoda xidmətdədir, onun köməkçisinin əlində “Ratsiya” vardı. Oradan dedilər ki, atəşi dayandırın, atəşkəsdir. O vaxta qədər də bir iki dəfə atəşkəs demişdilər, amma döyüşlər gedirdi. Sonra təkrar dedilər ki, atəşi saxlayın, düşmən artıq məğlub olub. Sığınacaq kimi bir yerdəydik, çıxdıq çölə ki, həqiqətən də sakitçilikdir. Telefon da işləmirdi. Ağcabədidən bir uşaq vardı, o hündür bir daşın üstünə çıxdı gördü telefon tutur, qardaşına zəng etdi. Dedi həqiqətən atəşkəsdir. Yenə də heç kim inanmırdı. Orada açıqlıq yerdə toyuq hini kimi bir yer vardı, amma açıqlıq ərazidə idi. Risk edib çıxdım onun üstünə qardaşıma zəng etdim ki, belə bir şey deyirlər, nə məsələdir? Qardaşım da sevincək halda dedi ki, hə, Paşinyan kapitulyasiya aktına imza atıb. Biz də sevindik, amma üstündən 2-3 dəqiqə keçməmiş atəş səsləri eşidildi. Birinci elə bildik yenidən başladı, sonra bildik ki, bizimkilərdi sevindiklərindən göyə atəş açırlar. Biz də başladıq göyə atəş açmağa. Gecə soyuq, yağışlı hava idi, səhər isə sanki möcüzə kimi gün çıxmışdı. Amma o hisləri sözlə ifadə etmək olmur. Əvəzolunmaz hislərdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2022, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər