reklam
Regionxeberlericom.az » Sosial » Hövsanın nəzərdən uzaq, baxımsız yolları - Sakinlər dilə gəldi

reklam

Hövsanın nəzərdən uzaq, baxımsız yolları - Sakinlər dilə gəldi



















Hövsan kəndinin sakinləri yollarının baxımsız olmasından şikayətçidir. 

Sakinlər deyirlər ki, Suraxanı rayonu Hövsan kəndinin ara yolları uzun zamandır təmir olunmadığından sıradan çıxıb. 

"Bu yollarla uşaqlarımız məktəbə gedib-gəlir. Yola girən maşınlar dağılır deyə taksilər kəndin içinə girmir", - Belediyye.netə yazan sakin deyir.

Məlumata görə sözügedən kənddə 200-ə yaxın ailə yaşayır.

Kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, ölçü götürülmədiyini deyirlər. Şikayətçilər yollarının təmir olunmasını istəyirlər. Sakinlər magistral yollar kimi ara yolların təmirinə də vəsait ayrılmasını tələb edirlər.

Xatırladaq ki, ölkə başçısının bu il  "Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncama əsasən əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.

Qeyd edək ki, Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması üçün ötən il büdcədən 4,9 milyon manat ayrılmışdı. Ancaq bu günə qədər daxili yollar üçün hər-hansı qərar, göstəriş verilməyib.


 




Paylaş:


Müəllif : Tarix:
10-11-2022, 08:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər