Daha çox icra başçısı pulsuz qalacaq - bəs rayonları necə dolandıracaqlar?
Hazırda müzakirəsi gedən layihədən aydın olur ki, gələn il dövlət büdcəsindən cəmi 8 rayona birbaşa vəsait ayrılacaq. Layihəyə əsasən, 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.
Qeyd edək ki, bu il dövlət büdcəsindən 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaq. Belə ki, layihəyə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyon 168 min manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Dövlət büdcəsindən bu rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq.
Ağdam (dövlət büdcəsində bu il 4 milyon 980 min manat nəzərdə tutulub), Balakən (1 milyon 612 min manat), Goranboy (2 milyon 156 min manat), Qax (5 miyon 476 min manat), Oğuz (2 milyon 484 min manat) və Zərdab (2 milyon 917 min manat) bu il dövlət büdcəsindən vəsait alsalar belə, 2023-də bu rayonlara mərkəzi büdcədən birbaşa vəsaitin verilməsi nəzərdə tutulmayıb. Gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir.
Məlumdur ki, rayonlara dövlət büdcəsindən mərkəzləşmiş şəkildə vəsait ayrılmaması son illərdə müşahidə olunur. Xüsusilə son 3 ildə büdcədən mərkəzləşmiş vəsait almayan rayonların sayı iki dəfədən çox artıb.
Rayonların özünümaliyyələşdirməsi, xarici investisiyanın cəlb edilməsi ilə bağlı hələ bir neçə il əvvəl Prezident İlham Əliyev yerli icra başçılarının qarşısında vəzifə qoysa da, bu sahədə xüsusi irəliləyiş nəzərə çarpmır. Bunu yerli gəlirlərin dövlət büdcəsindəki cüzi payı da nümayiş etdirir. Məsələn, 2023-cü il 30 milyard 720 milyon 700 min manatlıq büdcə gəlirinin cəmi 756 milyon 980 min manatı yerli gəlirlərdən ibarət olacaq. Bu o deməkdir ki, rayonlarda vergi və digər ödənişləri artıracaq iqtisadi inkişafa nail olunmayıb.
Sərmayələrin bölgüsündə regionların payı yenə olduqca aşağıdır. Bu isə bölgələrdə iqtisadi fəallığın Bakıya nisbətən kəskin aşağı olduğunu, sahibkarlığın zəif inkişaf etdiyini göstərir. Halbuki son 15 ildə ölkədə regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqram həyata keçirilməkdədir. Rəsmi rəqəmlərdə bu proqramlar çərçivəsində 200 milyard manat vəsaitin xərcləndiyi açıqlanır. Lakin hələ ki regionların öz potensiallarına uyğun inkişafından danışmaq mümkün deyil.
Faktiki olaraq rayonlarda əsasən icra başçıları və onun çevrəsinin biznesi inkişaf edə bilir. Son illərdə həbs olunan ona yaxın icra başçısının dosyesində onların rəhbər olduqları rayonlarda kənd təsərrüfatından tutmuş, sənaye istehsalına qədər çoxsahəli biznes subyektlərinin olduğuna dair konkret faktlar, rəqəmlər əksini tapır. İcra başçıları rayonlarda öz bizneslərinə üstün şərtləri təmin etmək üçün ən müxtəlif qanunsuzluqlara gedirlər: məhdud su resurslarını öz əkinlərinə yönəltməkdən tutmuş, rayonda iş qurmaq istəyən, yaxud onun diqqətini cəlb edən sahədə artıq işləyən sahibkarları sıxışdırıb kənara atmağa qədər...
Belə bir şəraitdə necə olur ki, rayonlar özlərini maliyyələşdirə bilirlər? DİA.AZ bildirir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, rayonların mərkəzi büdcədən dotasiya almamasının səbəbini tapmaq üçün ilk növbədə “Azərbaycanda "dotasiyasız bölgə" adlandırmaq üçün meyar necədir"? sualını cavablandırmaq lazımdır: “Bizim hökumətin meyarı belədir ki, ixtiyari bir rayonda (şəhərdə) toplanan vergilər yerli icra hakimiyyəti orqanlarının, onların sərəncamındakı mənzil-istismar sahələrinin saxlanmasına kifayət edirsə, həmin inzibati ərazi avtomtik olaraq maliyyə müstəqilliyi olan, "dotasiyasız bölgə" statusu qazanır. Hazırda Azərbaycanda 65 rayon və şəhərdən 58-ni hökumət tam maliyyə müstəqilliyi qazanmış elan edib.
Azərbaycan sovetlərin dağılmasından sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə yerli hakimiyyətlər, sadəcə, mərkəzi hakimiyyətin yerlərdəki səlahiyyətsiz sözçüsü, tapşırıqlarının icraçısı kimi qalmaqdadır. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə, nə də inzibati əks-mərkəzləşmə baş vermədi. Maliyyə və inzibati əksmərkəzləşmənin baş vermədiyi ölkədə “dotasiyasızlıq” əmsalını hesablamağın da əhəmiyyəti qalmır, bu, nəzəri-metodoloji baxımdan da yanlışdır. “Maliyyə müstəqilliyi” əmsalı o zaman hesablanır ki, mərkəz hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə “dotasiyasız bölgə” yarada bildikləri ölçülür".
Ekspert bildirir ki, Azərbaycanın indiki vaxtında real “dotasiyasız bölgə” çərçivəsinə hansı rayon və şəhərlərin daxil olduğunu müyyən etmək üçün hər bir ərazi üzrə bir sıra funksional istiqamət üzrə xərcləri toplamaq lazımdır: “Bura aiddir: aqrar və yerli əhəmiyyətli meliorasiya infrastrukturu; yerli əhəmiyyətli yol-nəqliyyat infrastrukturu; səhiyyə; orta və məkətəbəqədər təhsil, uşaq bağçaları; sosial müdafiə; mədəniyyət və incəsənət; ekologiya.
Bir rayon (şəhər) çərçivəsində bu istiqamətlər üzrə xərclənən vəsaitlərin cəmini toplayın, sonra həmin ərazidə yığılan vergilərin cəmi ilə müqayisə edin. Alınan rəqəm hər bir ərazinin real olaraq dotasiyadan asılılıq səviyyəsini göstərəcək".
Qeyd edək ki, Azərbaycanda regionların sosial inkişafının təmin edilməsi üçün 3 dövlət proqramı icra edilib. Hökumət bəyan edib ki, əsas məqsəd bölgələrin inkişafını təmin etməklə onları büdcə dotasiyasının asılılığından azad etməkdir: “Amma proqramların icra müddətində bu hədəfə nail olmaq mümkün olmayıb. Keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, 2004-2017-ci illərdə Azərbaycanın regionlarının inkişafına 67,5 milyard manat vəsait yönəldilib. 2017-ci ildə isə bu məqsədlə 4,5 milyard manat xərclənib. Məsələn, 2015-ci ilin statistik məlumatlarına görə, ölkədə 65 inzibati ərazidən yalnız bir neçəsi öz xərclərini qarşılamaq gücündə olub. Bura Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və İmişli rayonları daxildir. Həmin ildə 32 şəhər və rayonda yerli gəlirlərin yerli xərclərə nisbəti 25-50 faiz civarında olub. Yəni bu bölgələr xərclərinin heç yarısını da ödəyə bilməyiblər. 20 şəhər və rayonda isə yerli gəlirləri xərclərin heç 25 faizinə çatmayıb. 2019-cu ildə isə bu statistika dəyişib, Azərbaycanın 34 rayon və şəhərin xərclərini öz gəlirləri hesabına təmin edəcəyi açıqlanıb. Cəmi iki il əvvəl inzibati rayonların təxminən yarısı özünü maliyyələşdirmək iqtidarında olmayıb.
Məlumdur ki, son üç ilə yaxın dövrdə pandemiyanın yaratdığı çətinliklər ölkənin iqtisadi inkişafını əngəlləyib, neftin qiyməti kəskin ucuzlaşıb, regionlara sərmayələr azalıb, iş yerləri, məşğulluq imkanları məhdudlaşıb. Regionlara az-çox gəlir gətirən turizm sektoru isə ümumiyyətlə, böhran keçirib. Bu şərtlər daxilində rayonlar hansı mənbələr hesabına öz maliyyə müstəqilliklərini təmin edə biliblər? Necə olub ki, 70 milyard manatdan çox vəsait bölgələrin iqtisadi inkişafını təmin edə bilmədi, amma son 2 ildə regionlar dotasiya asılılığından qurtuldular"?
R.Ağayevin fikrincə, rayonların maliyyə müstəqilliyini qiymətləndirərkən metodoloji yanaşma önəmli məsələdir: “Rayonların maliyyəcə müstəqilləşməsi iki cür baş verə bilər . Ya rayonlar daha çox gəlir əldə edib, öz xərclərini ödəyirlər, nəticədə mərkəzləşmiş büdcədən vəsait almırlar. İkinci halda isə rayonlarda bir çox xərclər rayon icra hakimiyyətlərinin xərc səlahiyyətlərindən çıxır və mərkəzi büdcənin hesabına keçir. Bu halda gəlirlər artmır, amma guya maliyyə baxımından müstəqilləşir. Bu halda xərclər yerlərdən mərkəzi büdcənin səlahiyyətinə keçir. Bizdə ikinci hal baş verib. Yəni son illərdə hökumət bir çox xərc səlahiyyətlərini bölgələrdən alıb. Məsələn, son 4-5 ilə qədər rayonlarda orta təhsilin xərcləri rayon icra hakimiyyətlərinin səlahiyyətində idi. Məlumdur ki, təhsildə regional mərkəzlər yarandı və onlara paralel regional hesablama mərkəzləri təsis edildi. Beləliklə, orta təhsilin bütün xərcləri icra hakimiyyətlərinin nəzarətindən çıxarıldı. Bundan başqa, Mədəniyyət Nazirliyinin yerli şöbələri ləğv edildi və regional bölmələr yarandı. Bu halda da mədəniyyət xərcləri yerli idarəetmədən çıxdı və mərkəzləşmiş xərclərə aid edildi. Bu ildən uşaq bağçaları da yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verildi. Bu o deməkdir ki, uşaq bağçalarının saxlanması xərcləri də icra hakimiyyətlərinin büdcəsindən çıxarılır. Beləliklə, rayonların xərc səlahiyyətlərinin müstəqilləşməsi belə təəssürat yaradır ki, rayonlar özünü təmin edir, müstəqilləşiblər. Əslində isə bu gün rayonlara orta təhsil, mədəniyyət, sosial müdafiə, səhiyyə, kənd təsərrüfatı xərcləri ayrılmaqda davam edir. Amma bu gün heç bir mənbədə belə məlumat tapa bilməzsiniz ki, mərkəzi xərclər nəzərə alınmaqla rayonların büdəcədən asılılıq səviyyəsi nə qədərdir”.
R.Ağayev bildirir ki, regional xərclər dedikdə cəmi 2 xərc maddəsi nəzərədə tutulur: “Bura mənzil istismar sahələrinin və icra hakimiyyəti aparatının saxlanması xərcləri daxildir. Yəni ”özünü təmin edir" deyəndə bu 2 xərc maddəsinin ödənməsi nəzərdə tutulur. Rayonlarda yollar çəkilir, fermerlərə subsidiyalar ödənilir, səhiyyə, təhsil, mədəniyyət və s. xərclər əvvəlki qaydada davam edir. Bunları nəzərə alanda vəziyyət necə olur?"
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2022, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər