“Hacıbaba Əzimov yaşlandıqca özünə nəzarəti itirib” - Partiya sədri
“Çox qeyri-konstruktiv, məntiqə sığmayan, Azərbaycanda mövcud olan bütün siyasi partiyaları təhqir edən yaramaz bir fikirdir. Çox təəssüf ki, bu fikirlər bir partiya sədrinin dilindən səslənir. Adama sual verərlər ki, əgər Azərbaycanda partiya yoxdursa, o zaman siz kimsiniz? “Azərbaycanda siyasi partiya yoxdur, “beşinci kolon”dur” kimi yaramaz fikirlər səsləndirən bir adam özü bu ölkədə partiya sədridir”.
Bunu Cebhe.info-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun son günlər müzakirə olunan və ciddi təpki çəkən fikirlərinə münasibət bildirəkən deyib.
A.Şakiroğlu əlavə edib ki, “Siyasi partiyalar haqqında” Qanunun ictimai müzakirəsi, verilən təkliflər müasir dövrlə ayaqlaşan müsbət addımdır:
“Təəssüf ki, bizdə də belə qeyri-sağlam düşüncə sahibi olan partiya rəhbərləri var. Görünür, Hacıbaba Əzimov yaşlandıqca özünə nəzarəti itirib. Siyasi mübarizədən çox qisasçılıq hissinə yönəlib. Hacıbaba Əzimovdan soruşmaq lazımdır ki, 2013-cü ildə partiyaların yaratdığı Milli Şurada nə gəzirdi? 2003-cü ildə yaradılan “Bizim Azərbaycan” blokunda niyə var idi? 2011-ci ildə yaradılan İctimai Palatada nə gəzirdi? Bir insanın əməli ilə fikirləri biri-birini tamamlamayanda, bu, natamam insan görüntüsü yaradır. Çox təəssüf ki, 85 yaşlı Hacıbaba Əzimov özünü ağsaqqal kimi aparmaqdansa, belə bir görüntü yaradır. Görünür, Hacıbaba Əzimovun psixoloji problemləri var. Bizə də ona şəfa diləmək qalır. Belə sağlam olmayan partiyalar da aradan qaldırılmalıdır. Hesab edirəm ki, yeni qanun qüvvəyə mindikdən sonra belə qeyri-sağlam partiyaların da fəaliyyəti tarixin arxivində qalmış olacaq. Görünür, Hacıbaba Əzimov və onun kimi düşünənlər də bundan narahatdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2022, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər