AZAL-ın helikopterlərini heç kim almır - Qiyməti 2 dəfə aşağı saldılar
Daha əvvəl 4 dəfə açıq hərraca çıxarılan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus 3 ədəd helikopter 5-ci dəfə hərraca çıxarılır.
Regionxeberlericom.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopteri bu gün - 15 noyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.
“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1 milyon manat olacaq.
Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də, iyul ayının 21-də, sentyabr ayının 1-də və oktyabr ayının 10-da keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon, 3-cü hərracda 1,8 milyon, sonuncu hərracda isə 1,5 milyon manat olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2022, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB