Şöhrət El-Dəniz Dövlət Təhlükəsilik Xidmətinin rəisinə MÜRACİƏT ETDİ
Əslində bu yazını açıq müraciət kimi təqdim etmək istəyirdim. Amma fikirləşdim həm də köşə formasına salım. Ki, fikirlərimi daha səmimi ifadə edim, oxucular da yararlansın.
Dövlət Təhlükəsizlik Xidmətinin İrana cəsusluqda şübhəli bilinən şəxslərin həbsi ilə bağlı məlumatını diqqətnən oxudum. Fikir verdinizsə İran Xüsusi Xidmət orqanları tərəfindən cəsusluğa ( “verbovka” olunan ) cəlb edilmiş Azərbaycan vətəndaşları arasında təsadüfən tora düşən, nəticəsini anlamadan bu xain addımı atanlar da var. Təbii ki, hər bir vətəndaş öz ölkəsinin maraqlarını düşmən dövlətin xüsusi xidmət orqanlarına satarkən özünün, ailəsinin və nəsil-nəcabətinin hansı faciələrlə, qınaqlarla qarşılaşacağını anlamalıdır, məsuliyyətini dərk etməlidir. Amma bəzən düşmən kəşfiyyatı tərəfindən çarəsizliyə salınan elə şəxslər olur ki, onların islah olunma, peşmançılıq hissləri kimi davranışlar sərgiləməsi mümkündür. Sadəcə etdiyi əməlin ağır cəzaya səbəb olacağından qorxaraq Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında peşmançılıq və ehtiraf imkanından istifadə etmir. Və yaxud belə bir imkanın olmasından məlumatsızdır.
Buna görə…
Sözümün müraciət hissəsinə keçim.
Hörmətli Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev!
İllərdir İran kəşfiyyatı Azərbaycanda özünün cəsus şəbəkəsini yaratmağa çalışır. Bunun üçün əhalinin dini və mənəvi hisslərindən sui-istifadə edir. Dini və mənəvi dəyərlərin kövrək məqamlarından bəhrələnir. Və bu şəbəkədə Azərbaycanın demokratik, tolerant və multikultural ölkə olmasını istəməyən qüvvələrlə yanaşı, aldadılmış, şantaj edilmiş və pula görə hərislik edən təsadüfi adamlarda var. Ki, sonradan peşman olaraq geri çəkilmək üçün atacaqları addımları bilmədiklərindən İran kəşfiyyatının qazdığı quyunun daha dərin qatlarına yuvarlanaraq bağışlanması mümkün olmayan əməllər törətməyə məcbur edilirlər.
İllərdir Televiziya və yazılı mediada İran cəsus şəbəkəsinin qara tora salınan vətəndaşlarımız barədə hazırladığım araşdırma yazıların və sənədli filmlərin müəllifi kimi anlayıram ki, səhv etdiklərini dərk edən, peşman olan yüzlərlə gənc var ki, geri addım atmaq istəyir. Və dediyim kimi ya qorxur, ya da nə edəcəyini bilmir. Bunun üçün sizdən artıq dərəcədə xahiş edirəm ki, bu cür vətəndaşlarımızı yenidən əldə etmək, vətən, haqq yoluna döndərmək üçün rəhbərlik etdiyiniz qurum adından onlara xoşməramlı müraciət ünvanlayasınız. Ki, DTX-ya gəlib, etdiyi əməli könüllü etiraf edən, səhvlərini başa düşən şəxslərə qarşı daha anlayışlı münasibət bəslənəcək. Hətta cinayət məsuliyyətindən azad ediləcəklər.
Ya da Ali Baş Komandan İlham Əliyevə bu məsələni məruz edərək o cür vətəndaşlarımız üçün amnistiya elan edilməsinə nail olmaq lazımdır.
Əslində belə bir təcrübə Ulu Öndər Heydər Əliyevin dönəmində olub. Ölkənin xaos dövründə hakimiyyətə gələn Ulu Öndər, insanlarda olan çoxsaylı silah-sursatın könüllü təhvil verilməsi müqabilində onlara qarşı heç bir sərt tədbirlərin görülməyəcəyini elan etməklə, minlərlə vətəndaşımız bu çağırışa müsbət cavab verdilər.
Fikrimcə növbə İran kəşfiyyatının caynağına keçmiş sadəlövh, aldanan gənclərin xilas edilməsinə çatıb. Bu işdə sizin dəqiq seçilmiş humanist addımınız yüzlərlə gənci İran kəşfiyyatının torundan xilas edə bilər.
Hörmətlə Şöhrət El-Dəniz
visiontv.az
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2022, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər