“Memar-3” MTK-nın sədri ittiham olunur... - GƏLİŞMƏ
Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:
Çox hörmətli prezident!
Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.
(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_vii_hiss)
Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aliliyinin təmin edilməsi, həm də hüquq və azadlıqların məhdudlaşdırılmasının mövcudluğu, eləcə də belə məhdudiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur.Şikayətlərə baxarkən Konstitusiya Məhkəməsi: mübahisələndirilən məhkəmə aktının əsasını səhv təşkil edib-etməməsi; məhkəmə tərəfindən özbaşına hərəkətlərə yol verilib-verilməməsi; məhkəmənin hüquq mülahizəsinin Konstitusiya və ya qanunun, habelə hüquq analogiyasının sərhədlərini keçib- keçməməsi və s. suallar ətrafında araşdırma aparır. Bu və digər suallara cavab verərkən, məhkəmə aktlarının kobud qanun pozuntuları ilə müşahidə olunması və nəticə etibarı ilə Konstitusiyaya və ya qanunlara uyğun olmaması müəyyən edilərsə, Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarını müdafiə edir, onların pozulmasına son qoyur və Konstitusiya baxımından əsası olmayan məhdudiyyətlərin qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu mübahisələndirilən aktın Konstitusiyaya və ya qanunlara uyğunluğuna, insan hüquq və azadlıqlarının pozulub-pozulmadığına dair qərar qəbul edir və bu zaman işin faktiki hallarının yoxlanılmasına yol vermir. Lakin bununla yanaşı, Konstitusiya Məhkəməsinin qərarında ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən işin müəyyənləşdirilmiş faktiki hallarına istinad edilməsi faktiki halların yoxlanılması və ya araşdırılması hesab olunmamalıdır. Bu məsələnin xüsusi qeyd olunması ona görə vacibdir ki, hər hansı məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun olub-olmamasına, insan hüquq və azadlıqlarını pozub-pozmamasına dair mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməsi üçün müvafiq mülki, cinayət və ya digər işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması qaçılmazdır. Sözsüz ki, belə olan halda Konstitusiya Məhkəməsi həmin faktiki halların ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən qanunvericiliyə müvafıq olaraq müəyyən edilib-edilməməsi məsələsinə də diqqət yetirınəlidir. Belə ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafıəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə, Konstitusiya Məhkəməsində baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər.
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir: “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını” yoluna qoymaq məqsədilə həyata keçirlməlidipdir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburivvət qarşısında qatma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.
Konstitusiyanın 130-cu maddəsinin X hissəsi nəzərdə tutur ki, qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsini qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir. Konstitusiya Məhkəməsi tərəfındən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1, 63.4 və 66.2-ci maddələri).
İşin hazırda davam edən fasiləsiz mübahisə barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılaraq şikayətin təmin edlməməsinə dair iş №2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamə ilkin mübahisə predmeti barədə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş №2(004)-145/2015 saylı 15 aprel 2015-ci il tarixli qətnamə kimi maddi və prosessual qanun normalarına, analoji işlərə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Natavan Əhəd qızı Musayevanın şikayəti üzrə 21 iyun 2010-cu il tarixli Qərarının məcburi göstərişlərinə və hüquqi istiqamətinə analoji işlərə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2011-ci il tarixli Qərarlarının şərhinin ziddinə Konstitusiya və beynəlxalq hüquq prinsiplərinə saymazlıq, “Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikası Qanunu”nun, “Korrupsiyaya qarşı Mübarizə Haqqında Azərbaycan Respublikası Qanunun”, Azərbaycan Respublikasında qüvvədə olan hüquqi normativ aktlarının göstərişlərinə zidd və onun pozulması yolu ilə eləcədə saymazlıq ifadəsi altında çıxarıldığından Apellyasiya şikayətini təmin etməməklə Azərbaycan Respublikasının Konstitusiya əsaslarının sarsıdılmasma və Konstitusiya Məhkəməsi Plenumunun məcburi göstərişlərinin yerinə yetirilməməsi halını aşkarlayır, bu isə məhkəmə özbaşınalığı kimi qiymətləndirilməlidir.
Hüquqlarımıza və qanunvericiliyə zidd, Konstitusiya hüquqlarımızın pozulması ilə nəticələnən hərəkətlərə yol verməklə və məhkəmə hakim özbaşınalığının son həddə çatmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş№2(103)-5480/2015 saylı, 02 noyabr 2015-ci il tarixli qətnamədən verdiyimiz Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasında iş №2 (102)-1523/2016 saylı, 26 may 2016-cı il tarixli qərarla ləğv edilərək Bakı Apellyasiya Məhkəməsi instansiyasına 2-ci Apellyasiya baxışına qaytarılmışdır. Bu ərəfədə biz, Azərbaycan Respublikasının Prezidenti olaraq çox hörmətli cənab İlham Heydər oğlu Əliyevə teleqramla müraciət ünvanlayaraq xahiş etdik ki, “Bakı Apellyasiya Məhkəməsində sədr İ.Nağıyevin fəaliyyətinin Konstitusiya və Hüquq prinsiplərinə uyğunlaşdırlması və dövlətçiliyin bərpası istiqamətində tədbirlər görməklə 2(103) 6309/2016 saylı mülki işin yeni ikinci apellyasiya baxışını xüsusi nəzarətə götürəsiniz”.
Bütün bu müracətlərin əksinə olaraq Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İ.Nağıyev Konstitusiya və Dövlətçilik prinsiplərinə zidd olaraq, Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən ləğv edilərək 2-ci dəfə yenidən baxılması üçün göndərilmiş mülki işi əvvəllər işin baxılmasında iştirak etmiş və həmin qətnamə Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən ləğv edilən Bakı Apellyasiya Məhkəməsinin hakimi möhtərəm E.Nəbiyevin icraatına verilmiş, onun sədrliyi ilə baxılaraq (hakimlər, S.Hacıyev və R.Qurbanovun iştirakı ilə) Konstitusiya prinsiplərinə zidd yenidən özgə mənzilini ələ keçirmiş, sədr, möhtərəm İ.Nağıyevin diktəsi ilə qanunsuz və əsassız 2(103) 6309/2016 saylı 25 iyul 2016-cı il tarixli saxta qətnamənin çıxarılmasını özbaşınalıqla həyat keçirmişlər.
Xüsusilə onu qeyd edək ki, 2-dəfə verdiyimiz Kassasiya şikayəti əsasında ləğv olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103) 6309/2016 saylı 25 iyul 2016-cı il tarixli qətnaməsi və ilkin qətnamənin qanunsuz və əsassızlığını aşkar edən hal odur ki, “Memar-3” MTK-nın sədri Rəhimova Aidə Məmmədsadiq qızı “Memar-3” MTK-nın ümumi yığıncağını keçirməmiş və ona dair rəsmi protokol olmadan 3 ədəd saxta protokol və çıxarışlar tərtib etməklə sübutu saxtalaşdırmış və beləliklədə bütün məhkəmə orqanlarını öz təsiri altına salmaqla qanunsuz və əsassız qətnamələrin əldə olunmasına nail olmuşdur.
İkinci bir tərəfdən isə “Memar-3” MTK-da həyat yoldaşımın üzvlükdən xaric edilməsi 37 saylı mənzilin hərracda satılması və müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun miras əmlakda payın bölünüb ona verilməsinı dair iddia tələblərinin ləğv edilərək rədd olunmasına dair qanuni qüvvəyə minmiş Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasının qətnaməsi və Ali Məhkəmə Mülki Kollegiyasının onun dəyişdirilmədən qüvvədə saxlanmasına dair qərarı mövcud olduğu halda yeni apellyasiya baxışı zamanı gəlinən nəticə və hüquqi qiymətləndirmə yolverilməz hərəkət yaradır.
Azərbaycan Respublikasının Ali Məkəməsi Mülki Kollegiyasına aşağıdakıları məlum edərək göstərərək bildirdim ki,: “Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli qətnamədən 3-cü Apellyasiya şikayəti baxışı üzrə “qarşılıqlı iddiaçıların iddia tələblərinin həcminin artırılması barədə adlandırdıqları ərizənin qəbulundan imtina edilsin” kimi çıxarılan qanunsuz və əsassız Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan verilmiş Kassasiya şikayətinin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərardad çıxararaq onu rəsmi poçt vasitəi ilə bizim ünvana göndərmiş 25.12.2017-ci il tarixdə tərəfimizdən alınmışdır.
O zaman həmin qərardaddan Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına Kassasiya şikayətini təqdim edərək onun ləğvini irəli sürdüm.
Kassasiya şikayəti olunan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 13 dekabr 2017-ci il tarixli Qərardadı maddi və prosessual qanunvericiliyin kobud şəkildə pozulması, Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq Hüquq və Konvensiya normaları ilə qorunan insan hüquq və azadlıqlarına saymazlıq, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanunun tələblərinə açıq-aşkar hörmətsizlik, qulluq mövqeyindən sui-istifadə və hakim özbaşınalığı və sifarişli Qətnamə və Qərardadlar çıxarmaq pərdəsi altında icra edilərək biz fiziki şəxlərin əmlakının məqsədli və planlı şəkildə Bakı Apellyasiya Məhkəməsinin sədri çox hörmətli cənab İ.Nağıyevin rəhbərliyi və təşkilatçılğı altında qanunsuz və əsassız olaraq çıxarılmışdır.
Belə ki, biz Kassasiya şikayəti verdiyimiz Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərardaddan10.10.2017, 30.10.2017, 21.11.2017, 22.11.2017 ərizə və teleqramlar verdikdən sonra və həmin ərizələri qəbul şöbəsində qeydiyyata aldıraraq versək də həmin qərardadın rəsmi qaydada verilməsi gecikdirildiyindən 06.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova Şikayət ərizəsi iləmüraciət etmiş, bunda sonra Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənovun imzalamış olduğu 6ÜŞ-1521/17 28 noyabr 2017-ci il tarixli imzalamış olduğu məktubla Qərardad bizə göndərilmiş 04.12.2017-ci il tarixdə onu rəsmi qaydada alaraq 12.12.2017-ci il tarixdə Bakı ApellyasiyaMəhkəməsinin qəbul şöbəsində qeydiyyatdan keçirməklə Kassasiya şikayətini təqdim etmişik.
(Ardı var)
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2019, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2019, 15:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24