reklam
Regionxeberlericom.az » Sosial » "Kinonun “Yasin”ini oxumadan..." - NARAZILIQ!

reklam

"Kinonun “Yasin”ini oxumadan..." - NARAZILIQ!

“Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum…”

Bu sözləri rejissor Aqil M. Quliyev sosial media hesabında qeyd edib.

“1996-cı ildə rejissor diplomunu alandan bu günə qədər cəmi iki dəfə Mədəniyyət Nazirliyində olmuşam... Elə bu iki dəfə də yəqin tesadüf imiş...

Digər qurumlardan fərqli olaraq, bu tilsimli yerin düz işləmədiyini adi insanlar yalnız 20 il sonra görə bilir... Kinonun “Yasin”ini oxumadan, keçdilər teatrlara - dövlət sektorunda, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan, milli mədəniyyət yolunda sabit çalışan yeganə sağ qalan işlək qurum..”,- deyə rejissor yazıb.

“Sən demə, kino hələ indi başlayır...M. Skorseze-nin "Kazino" filmində bir səhnə var: kazinoda kimlərsə, böyük məbləğ udub gediblər. O sahəyə cavabdeh insanı müdir dinləmədən işdən çıxarır. Axı günahım nədir? Ya sən onlarla əlbirsən, ya da işini bilmirsən, məni heç biri qane etmir, nəticəsi eynidir...Tarix bunu unudacaq, qalan nəticələrdir”,- deyə o, təəssüflə bildirib.

Qeyd edək ki, rejissor bu tənqidi fikirləri Mədəniyyət Nazirliyinin Kukla Teatrında başlatdığı yoxlamalarla əlaqədar yazıb.




Paylaş:


Müəllif : Tarix:
23-11-2022, 16:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər