“Pensiya yaşına çatmadan ölənlərin yığdığı vəsait ailə üzvlərinə verilməlidir”

“Reallıq budur ki, pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu nə dərəcədə ədalətlidir?”
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
“Artıq biz bu mexanizmi həll etməliyik. Onsuz da bu insanların böyük əksəriyyəti bizim normal səhiyyə sistemimizin olmamasına, yaxud da sağlamlıqla bağlı müəyyən problemlərə görə dünyasını dəyişir”, - deyə deputat qeyd edib.
Millət vəkili əlavə qeyd edib ki, Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb: “Şəkər, ürək xəstəliyindən əziyyət çəkən insanlar dünyasını vaxtından əvvəl dəyişirlər. Kimin ki, pulu yoxdur, Türkiyəyə, Avropaya müalicəyə gedə bilmir, Azərbaycanda keyfiyyətli müalicə olunmadığına görə həyatını çox vaxt itirirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2022, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB