reklam
Regionxeberlericom.az » Sosial » Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia - İLGİNC

reklam

Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia - İLGİNC

Son vaxtlar Azərbaycanın müvafiq dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar zamanı ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarının olduğunun üstü açılıb. Yoxlamalar dərinləşdirildikcə daha dəhşətli faktlar ortaya çıxır.

Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikanın Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı onlarla vəzifəli şəxs saxlanılaraq dindirilib. Rəsmi məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu və muxtar respublikanın maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Rafael Əliyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəylinin də saxlanılaraq Bakı şəhərinə gətirildiyi bildirilir.

Muxtar respublikanın gömrük orqanlarında aparılan yoxlamalardan sonra bir çox vəzifəli şəxsin həbs olunacağı istisna edilmir. Bu prosesin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarının və yaxın qohumlarının da cəzalandırılacağı gözlənilir. Çünki muxtar respublikada bütün sahələrdə, eləcə də gömrük orqanlarındakı qanunsuzluqlar, özbaşınalıqlar, korrupsiya, mənimsəmə halları məhz onların göstərişi ilə edilib.

Naxçıvandakı qanunsuzluqlarla bağlı TNS-in əməkdaşı ilə söhbətləşən, təhlükəsizlik nöqteyi-nəzərindən adının açıqlanmasını istəməyən yüksək vəzifəli muxtar respublika rəsmisi bildirib ki, gömrük orqanlarında aparılan araşdırmalar yalnız gömrük işçiləri ilə məhdudlaşmamlıdır. Onun sözlərinə görə, Naxçvanın gömrük orqanları Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların tapşırıqlarını icra edib, onlara yaxınlığı ilə seçilən adamların muxtar respublikaya idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb.

Mənbəmiz deyir ki, Talıbovlar ailəsinə məxsus şirkətlərin malları rəsmiləşdirilmədəm muxtar respublikaya idxal olunub. Onun sözlərinə görə, gömrük orqanlarındakı qanunsuzluqların başında dayanan, heç bir səlahiyyətinin olmamasına baxmayaraq, muxtar respublikanın Dövlət Gömrük Komitəsinin rəhbərliyinə qeyri-qanuni göstərişlər verən, gömrük rüsumu ödənilmədən Naxçıvana müxtəlif məhsul, mal və material idxal edən şəxslərdən biri də Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanovdur. Mənbəmiz bu şəxslə bağlı dəhşətli faktlar açıqlayıb.

Bu şəxs kimdir? Hümbət Qəhərəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Ordubad rayonunun girişində qoyulan və rayonun adının yazıldığı, dəyəri bir neçə min manat olan lövhəni 50 min dollara rəsmiləşdirdiyi, bu vəsaiti də Vasif Talıbovdan gizlətdiyi üçün tutduğu vəzifədən azad edilmişdi.

Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb. Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan, Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olandan sonra onun həyatı dəyişib, qısa zaman ərzində Naxçıvanın ən zəngin adamlarından birinə çevrilib.

Mənbəmiz deyir ki, son illər Naxçıvana xaricdən idxal olunan ərzaq məhsulları, aksiz markasız siqaretlər, mühərrik yağı gömrük rüsumu ödənilmədən məhz onun rəhbərliyi ilə gətirilib, muxtar respublika ərazisində və Bakı şəhərində satılıb. Xaricdən idxal edilən “Milano”, “Oscar” adlı aksiz markasız siqaretlərin satışından milyonlarla manat vəsait əldə ediblər. Muxtar respublikanın gömrük orqanlarından qaçaqmalçılıq yolu ilə keçirilərkən tutulan, yaxud insanlardan zorla alınan siqaretlər Hümbət Qəhərmanova çatdırılıb, o da həmin siqaretləri bazara çıxararaq satışını həyata keçirib.

Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir. Yenə gömrük rüsumu ödənilmədən, qeyri-qanuni şəkildə xarici ölkələrdən idxal olunan xərçəng məhsulları həmin müəssissədə bir neçə gün saxlandıqdan sonra Araz çayının məhsulları kimi Bakı şəhərinə gətirilərək satışa çıxarılır.

Hümbət Qəhərəmanovun adı Braziliyadan gətirilirək Naxçıvanda yerli məhsula “çevrilən” toyuq əti əməliyyatında da hallanır. Məsələnin mahiyyəti belədir ki, Vasif Talıbovun övladlarının tapşırığı ilə müxtəlif xarici ölkələrdən ucuz qiymətə alınan toyuq əti muxtar respublikaya idxal edilib, Naxçıvandakı müəssisələrdə istehsal olunan yerli məhsul kimi satışa çıxarılıb. O, “peşəkarlıqla” Braziliya toyuqlarını Naxçıvan toyuqlarına “çevirdiyi” üçün mükafatlandırılıb, muxtar respublikanın gömrük-keçid məntəqələrində onun üçün ayrıca rüsumsuz keçid qapısı yaradılıb.

Qısa müddət ərzində inanılmaz sərvətə sahib olan Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib. “Nataktari” restoranının aylıq dövriyyəsi 200 min manat, “Sizin” marketin aylıq dövriyyəsi isə 4 milyon manat civarındadır. Naxçıvana məhsul, mal və material idxal edərkən gömrük rüsumu ödəməyən Hümbət Qəhrəmanov, əlbəttə ki, bu müəssisələrin fəaliyyətinə görə vergi də ödəməyib.

Seymur Talıbovun bacanağı qeyri-qanuni yollarla qazandığı pullarla əlavə yatırımlar edib, direktoru olduğu “Badamlı” zavodunun istehsal etdiyi məhsulların daşınması üçün yaxın qohumlarının adına 50 ədəd yük maşını (tır) alıb.

Onun Naxçıvan şəhərində 10 milyon dəyəri olan villası, muxtar respublika ərazisində və Bakı şəhərində onlarla mənzili, bahalı avtomibilləri var.







Paylaş:


Müəllif : Tarix:
28-11-2022, 15:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər