reklam
Regionxeberlericom.az » Sosial » Həbsdə olan general Nizami Məmmədov müalicə müəssisəsinə YERLƏŞDİRİLİB

reklam

Həbsdə olan general Nizami Məmmədov müalicə müəssisəsinə YERLƏŞDİRİLİB


Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib.


Regionxeberlericom.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, general-mayor Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.


O, hazırda həkim nəzarətindədir.


Məlumatı Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə APA-ya təsdiq edib.


Vəkil cinayət işi üzrə ibtidai istintaqın davam etdiyini qeyd edib. Onun sözlərinə görə, bu günə qədər iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam etdirilir.


Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.


Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Nizami Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.




Paylaş:


Müəllif : Tarix:
29-11-2022, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər