Müxalifət düşərgəsini xaricdən kim qarışdırır - İLGİNC
“Əli Kərimli yanvarın 19-da keçirilən sonuncu mitinqdə kütləyə müraciət edib deyir ”Biz bu gün ona görə dövlət və hakimiyyət orqanlarının üzərinə yürüş etmirik ki, sayımız azdır". Yəni bunun izahı o deməkdir ki, sabah meydana indikindən 2 dəfə çox insan yığışsa, Prezident Administrasiyasına, Milli Məclisə, dövlət hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bu da istər-istəməz razılaşdırılmayan aksiyaya, kimlərinsə xəsarət almasına, kimlərinsə həbsinə səbəb olacaq. Mümkündür ki, marağı olan hansısa qüvvələrin təxribatçı əməllərinin nəticəsi olaraq insan ölümü də baş versin".
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com saytına müsahibəsində belə deyib. Deputat fikrini davam etdirərək bunları söyləyib: “ Üstəlik, belə qarşıdurmalardan sonra hüquq pozuntusu törədən şəxslərin cinayət hüquqi təqib edilməsi, onların məhbəsə atılması kimi addımlar da əslində ölkədə demokratik proseslərin inkişafına töhfə verməyəcək, əksinə, geri atacaq. Bax, bu kimi təhlükələri nəzərə alıb, daha böyük təhlükələri önləmək məqsədilə hansısa azadlıqların məhdudlaşdırılması əslində imkan verir ki, tədricən ölkədə daha məsuliyyətli, daha ciddi və daha hazırlıqlı, populizmdən uzaq siyasətçilər nəsli formalaşsın. İndi yeni siyasətçilər nəsli formalaşır. Bunu ola bilsin ki, çoxları görmür. Siyasi azadlıqların məhdudlaşdırıldığını deyən şəxslər bir azdan görəcəklər ki, nə qədər müasir siyasətçilər yetişıb və onlar dinc yolla ölkəmizi xeyli irəli aparacaqlar”.
Q.Həsənquliyev deyib ki, indi müxalifət düşərgəsi iki hissəyə bölünüb: “Bir qisim hesab edir ki, müxalifətin işi yalnız hakimiyyəti tənqid etmək olmalıdır. Məncə, bu, kökündən yanlışdır. Müxalifətin işi iqtidarın səhvlərini göstərmək, hətta xarici siyasətlə bağlı milli maraqlar naminə iqtidarın deyə bilmədiklərini demək olmalıdır. Əgər milli mənafeyə uyğun olan uğurlu addım atılıbsa və iqtidar buna görə xarici təzyiqlərlə üzləşirsə, müxalifət iqtidara dəstək verməlidir.
Məsələn, Ərdoğanla Kılıçdaroğlunun münasibətlərinin sərtliyinə baxın. Amma Türkiyə Rusiyadan S-400 sistemləri alanda Kılıçdaroğlu Ərdoğanı müdafiə etdi, bildirdi ki, bu, doğru qərardır, çünki zamanında biz istəsək də, ABŞ “Patriot” sistemlərini Türkiyəyə satmadı. Siz görmüsünüz ki, bizim radikal düşərgədə kimsə bu cür davransın? Radikal düşərgə bunu etməsə də, müxalifətin böyük kəsimi bu gün iqtidarın müsbət addımlarına pozitiv yanaşır. Bu, artıq inkişafdır, proses gedir və əminəm ki, bunun nəticəsi də olacaq. Odur ki, Azərbaycanı Türkmənistanla müqayisə etmək və ya idarəetmənin çökdüyünü iddia etmək yersizdir. Əgər islahatlar hansısa xarici və daxili təhdidlər nəticəsində dayandırılacaqsa, kadr islahatları davam etməyəcəksə, iqtisadiyyat və bank sektoru yalnız neftdən asılı vəziyyətdə qalacaqsa, sözsüz ki, cəmiyyətdə hər zaman narazılıq və gərginliklər üçün təhlükə qalacaq.
Düşünürəm ki, iqtidarlı, müxalifətli Azərbaycan cəmiyyətinin müdrikliyi çatacaq ki, lazımi addımlar ataq, ölkəmiz gələcəkdə belə təhlükələrlə üzləşməsin".
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Azərbaycanın parlaq gələcəyi və müxalifətin xəyal qırıqlığı” adlı məqalədə də müxalifət düşərgəsiin durumuna toxunub. YAP funksioneri Azərbaycanın uğurlarını sadalayaraq düşmənlərin buna qısqanc münasibət bəslədiyini qeyd edib: “Ölkəmizi, deməli, bizim hamımızı gözləyən parlaq gələcək xalqımızı və dostlarımızı sevindirir, ruhlandırır və daha böyük uğurlara səfərbər edir. Düşmənlərimiz və gözü götürməyənlər isə məyus olur, paxıllıq edir, Azərbaycana qarşı məkrli planlar hazırlayır.
Düşmənlərin məyus olması haradasa başadüşüləndir. Başa düşülməyən müxalifətin məyus olması, xəyal qırıqlığı sindromunu yaşamasıdır. Onların Azərbaycanın möcüzədən fərqlənməyən uğurlarını görməzliyə vurmasını bir kənara qoyaq, lakin ədalət hissini büsbütün unudub ölkəmizə qarşı böhtan atanlarla bir sırada dayanmaları bağışlanan deyil. Öz dövlətinə, öz ölkəsinə, öz xalqına böhtan atmaqla seçici rəğbətini qazanmaq heç kimə müyəssər olmayıb. Yalan, böhtan, şayiələr siyasi mübarizənin ən uğursuz vasitələridir. Bu yolu seçənlər, tarixin göstərdiyi kimi, seçici rəğbəti əvəzinə nifrət qazanır, ayrı-ayrı xarici dairələrin əllərində müvəqqəti vasitəyə çevrilir, nəticədə bütünlüklə iflasa uğrayırlar".
“Turan” agentliyinin isə “”İnqilab" çağırışlarından kim qazana bilər?" adlı analtik yazısında maraqlı mətləblərə toxunulub. Sitat: “Son günlər Azərbaycandan kənarda yaşayan bəzi şəxslər sosial şəbəkələrdən intensiv olaraq canlı yayında xalqı ”inqilaba" çağırır. Eyni zamanda müxalifətin də bu “inqilab”a dəstək verməsinin vacibliyini vurğulayırlar. “İnqilab” çağırışlarına tənqidi münasibət bildirən şəxslərə qarşı isə aqressiv münasibət sərgiləyir, onları təhqir edirlər. “İnqilab” çağırışları edənlərin mütləq əksəriyyətinin fəaliyyətini və şəxsiyyətini incələyərkən çox aydın şəkildə görünür ki, bu şəxslər ictimai-siyasi fəaliyyətdən tamamilə uzaq fərdlərdir. İstisnalar olsa da əsasən ölkədəki siyasi proseslərdən, siyasi şəraitdən, sosial mühitdən və siyasi təşkilatlanmadan xəbərsizdirlər. Ölkədə heç vaxt siyasi fəaliyyət göstərməyiblər". Təhlildə yekun olaraq bildirilir ki, cəmiyyət bu kimi “inqilab” çağırışlarının olduqca zərərli sosial-psixoloji və siyasi nəticələr doğura biləcəyini nəzərə almalıdır.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2019, 09:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-08-2019, 09:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29