"SAP Azərbaycan" şirkətinə yeni direktor - TƏYİN EDİLİB
Anar Əliyev "SAP Azərbaycan" şirkətinin direktoru təyin edilib.
Bu barədə SAP-dan bildirilib.
Anar Əliyev Svetlana Yankinanı əvəz edib.
Qeyd edilib ki, o, yeni vəzifəsində ölkədə biznesin inkişafı və şirkətin fəaliyyətinin yaxşılaşdırılması üçün məsuliyyət daşıyacaq.
Məlumatda bildirilir ki, Anar Əliyev rəhbər vəzifələr də daxil olmaqla İT məhsulların satışı sahəsində 16 ildən çox təcrübəsi var. O, 2017-ci ilin avqust ayında SAP-a satış meneceri kimi qoşulub.
SAP korporativ proqramlar bazarında dünya lideridir. Dünyanın 180 ölkəsində 413 000-dən çox müştəri SAP həlləri və xidmətlərindən istifadə edir.
2015-ci ildə SAP Azərbaycanda ofis açılıb. Həmin vaxtdan etibarən SAP bir çox Azərbaycan şirkətlərinə innovativ həllər əsasında bizneslərini transformasiya etməyə və optimallaşdırmağa kömək edir. Bu gün SAP müştərilərinə maliyyə, telekommunikasiya, kimya, pərakəndə satış və CPG sənayesi, eləcə də dövlət sektoru, pərakəndə və topdansatış sənayesi şirkətləri daxildir. //Marja//
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2022, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər