İmtahan suallarının satılması iddiasına Naxçıvan DİM-dən reaksiya
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən (DİM) qurum haqqında səsləndirilən iddialara münasibət bildirilib.
Naxçıvan DİM-in Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, iddiaların hamısı qaralama xarakteri daşıyır:
“İmtahanlarda 1 yer üçün yüzlərlə adam müraciət edir və aydındır ki, 100 nəfəri 1 yerə yerləşdirmək olmaz. Ona görə imtahandan kəsilənlər də əllərində müxtəlif bəhanələri bayraq edib belə şeylər yazırlar. Xəbərdə verilən fotolar imtahan otağından çıxarılmış suallar deyil, bunlar hazırlıqda slayd vasitəsilə təqdim olunan dünyagörüşü ilə bağlı test nümunələridir, bazaya daxil olan suallar deyil. Bazaya daxil olan suallara kiminsə əlinin çatması mümkün deyil. Həm imtahanların, həm də müsahibə mərhələsinin videoçəkilişi aparılır. İmtahan otağında 10 müşahidə kamerası var. İmtahana gələn adamlar bir-bir yoxlanılır, mobil telefonlarını, hətta ağıllı saatlarını – hər şeylərini təhvil verib otağa girirlər”.
Mətbuat xidmətinin açıqlamasında qeyd olunub ki, Naxçıvan DİM 2018-ci ildən dövlət büdcəsindən maliyyə dəstəyi almır:
“Nizamnamədə müəyyən olnmuş qaydada həm müxtəlif istiqamətlər üzrə hazırlıq kursları keçir, həm də publik hüquqi şəxs olduğu üçün ödənişli xidmət göstərir, özü özünü maliyyələşdirir. Ödənişli xidmətlər də Nazirlər Kabinetinin müəyyən etdiyi tariflərlə keçirilir. Yəni DİM özündən qiymət uydurmur. DİM yalnız işə qəbul proseslərinə baxır. Zirzəmidə hazırlıq kursu keçirilmir. Zirzəmidə kurs açmaq nə dərəcədə məntiqlidir?! Şəhərin mərkəzində Təhsil Nazirliyinin üçüncü mərtəbəsində təhsil kursları var. Orda bizə də yer ayrılıb. Kurslar orada keçirilir və bu, qanuni prosesdir. DİM-in nizamnaməsində təsbit olunub, heç kim öz başına kurs aça bilməz”.
Açıqlamada həmçinin DİM sədrinin şəxsinə yönəlmiş iddialara da münasibət bildirilib:
“Burada hazırlıq kursu keçən çox adam var. Onların hazırlaşdırdıqları tələbələr imtahandan kəsiləndə, ortaya belə bir şey çıxır ki, guya imtahandan keçənlərə sualları satılıb. Bu, heç bir halda mümkün deyil. Bazadakı suallara heç kimin, imtahan sədrinin belə çıxışı yoxdur. DİM-in sədrinin də belə suallara çıxışı yoxdur. Naxçıvan şəhərində heç bir binada 200 minə ev satılmır. DİM-in sədri də evini ipoteka krediti ilə alıb”.
***01.12.2022 14:30
Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət İmtahan Mərkəzində (DİM) qanunsuz kursun yaradıldığı və imtahan suallarının pulla satıldığı iddia olunur.
Bu barədə Yeniavaz.com-a müraciətində adının çəkilməsini istəməyən Naxçıvan sakini məlumat verib.
O iddia edir ki, Naxçıvanda DİM ciddi qanun pozuntularına yol verir:
“DİM-in sədri İsmayıl Qəribli NMR-nin Baş naziri Səbuhi Məmmədovun qohumudur.
Azərbaycan DİM-in Naxçıvanda bölməsi olsa da, bunlar qanunsuz ikinci orqan yaradıblar və burda kütləvi şəkildə qanunsuzluqlar baş verir. Bir muxtar respublikada iki eyni adlı idarə var. Biri Azərbaycan DİM-in Naxçıvan bölməsi, biri də bizim ayrıca DİM. Azərbaycandakı DİM qaydalarının heç biri burda işləmir. Bakıda alınan sertifikatı belə tanımırlar”.
Vətəndaşın sözlərinə görə, Mərkəzdə qanunsuz kurs təşkil edilib:
““Dövlət orqanı” adlandırdıqları yerin “podval”ında kurs təşkil ediblər. İdarənin içərisində kurs olan ikinci bir dövlət orqanı yoxdur. Deyirlər ki, bu kursa gəlməyəni işə götürmürük. Adam başı 100 manatdan, ən azı 3 ay gəlməlisən. İsmayıl Qəribli 5 min manat almaqla öz güvəndiklərinə və yaxınlarına müsabiqə və müsahibə suallarını satır. Dövlət qulluğu, müəllimlərin işə qəbulu imtahanlarında 5 min manatdan pul alıb sualları satır, ya da şərait yaradır ki, köçürsünlər. Qəbul bazası belə gəlib çıxıb”.
O, həmçinin imtahan sualları cavablarının sızdırılmasının fotolarını da redaksiyamıza təqdim edib:
“Bu formada sualları zirzəmidə verirlər ki, əzbərləsinlər. İmtahan otaqlarından suallar çəkilib atılır, kənardan cavab verirlər.
Necə nəzarət olunur? Fotolar imtahan otağından necə çıxa bilər? Hər ay milyonlarla pul yığılır. İsmayıl Qəribli yığdığı pullar hesabına saysız-hesabsız mülklərə sahibdir. Naxçıvanda Atatürk küçəsi 9 ünvanında, “dəyirmançının binası”nda 200 minlik ev, Bakıda avtoyuma məntəqəsi və s. alıb”.
Səsləndirilən bütün iddialarla bağlı qurumun mövqeyini öyrənmək üçün Naxçıvan DİM-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2022, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər