reklam
Regionxeberlericom.az » Sosial » İcbari tibbi sığortadan narazılıq niyə bitmir? - Həkim problemlərdən danışdı

reklam

İcbari tibbi sığortadan narazılıq niyə bitmir? - Həkim problemlərdən danışdı


2021-ci il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Bundan iki ilə yaxın müddət keçsə də, vətəndaşlar ölkə üzrə tətbiq olunan icbari tibbi sığortadan tam yararlana bilmir. Hazırda icbari tibbi sığortanın tətbiqi ilə bağlı narazılıqlar bitmir.

Məhz vətəndaşlar öz narazılıqlarını sosial şəbəkələr vasitəsilə dilə gətirirlər. Xəstəxanalarda saatlarla növbə gözləyən ağır, yaşlı xəstələrin sağlamlıqları haqqında ümidləri puç olur. Onsuz da xəstəlikdən əziyyət çəkən, məvacibinin, təqaüdünün bir hissəsini dərmanlara xərcləyənlərin dərdlərinin üstünə xəstəxanalarda keçirdikləri əsəb, gərginlik də əlavə olunur.

Xəstəxanalarda növbə gözləyərkən belə vətəndaşların əyləşməsi üçün oturacaqlar yoxdur. Belə olduqda əməkhaqqından tibbi sığorta üçün vəsait tutulan vətəndaş özəl klinikalara üz tutur.

Belə neqativ halların yaşanmaması üçün icbari tibbi sığortanın modernləşdirilməsi istiqamətində nələr edilməlidir? Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-radioloq Aydın Əliyev bildirib ki, burada bir neçə həll olunası məsələlər var.

O, tək-tək problemlərə toxunub, həlli yollarından danışıb:

"Bəzi sadə məsələlər var ki, onları həyata keçirmək lazımdır. Bunlar dəfələrlə deyilib, lakin əmək yoxdur. Birinci, kadr çatışmazlığı, xüsusilə, rayonlarda həm həkim, həm tibb bacısı çatışmır. Səbəb odur ki, tibb işçilərinin maddi rifah halı yaxşı deyil. İcbari tibbi sığortaya ayrılan vəsaitlərdən tibb işçilərinə qəpik-quruş verirlər, stimul yoxdur. İndiki qiymət artımı vəziyyətində onların aldığı məvacib azdır. Həkimlərin gəliri iki hissədən ibarətdir, maaş və bir də sığorta ilə işləyən həkimlərə əlavə bonuslar verirlər. Elə müayinələr var ki, ondan həkimə 70, 80 , 98 qəpik pul verirlər. Gülməlidir, küçədə dilənçiyə 50 qəpik verəndə götürmək istəmir.

İkinci, tibb müəssisələrinin, xəstəxanaların əksəriyətinin maddi-texniki bazası zəifdir. Növbələrin əsas səbəblərindən biri budur. Müəyyən maeələrə növbələr olur. Buna da sığorta üçün ayrılan vəsaitin düzgün istifadə edilməməsi səbəb olur.

Məsələn, bəh-bəhlə deyirlər ki, filan klinika açıldı və təchizatla təmin oundu. Ondan 10 dəfə artığını eləməyə imkan var. Sadəcə, biz bir cihazın qiyməti 100 mindirsə, bunlar 500 minə aldıqlarını deyirlər. Ortada qalan 400 min hara getdiyi bilinmir. Yəni vəsaitlər düzgün istifadə edilmir. Yəni klinikaların sayı çox olsa və tibb işçiləri normal əməkhaqqı ilə təmin edilsələr bunlar aradan qalxar".

Radioloq bu cür halların həkimlə xəstə arasında narahatlıq yaratdığını vurğulayıb:

"İndiki durumda xəstələrlə, əhali ilə tibb işçiləri arasında gərginlik yaranır. Növbədə duran haqlı olaraq narazılıq edir, həkim də öz işini gördüyünü, eyni anda 10 nəfəri müayinə edəcəyini deyir. Yəni hər ikisi haqlıdır. Çıxış yolu dediklərimdədir. Xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir və tibb işçilərinin də maddi rifah halı yaxşılaşdırılmalıdır".

Aydın Əliyev bütün xəstəliklərin sığorta paketinə salınmalı olduğunu qeyd edib:

"Bir narazılıq isə sığorta paketi ilə bağlıdır. Xəstəyə deyilir ki, sizin xəstəlik sığorta paketinə aid deyil. Bu, xeyli absurd məsələdir. O yaşından, hətta doğulmamışdan ana bətnində belə insan dünyaya gəlib vəfat edənə qədər bütün xəstəliklər sığorta paketinə daxil edilməlidir.

Necə yəni bu xəstəlik daxil deyil. Bu insan işləyir, əməkhaqqından pul tutulur, işlədiyi müəssisənin büdcəsindən tutulur, dövlət tərəfindən pul ayrılır. Bəs hanı bu vəsaitlər, necə yəni sizin xəstəlik icbari tibbi sığorta paketinə daxil deyil?!

Bunun nəticəsində bir nəfər xəstə ilə yanında 5 adam gedir. Çünki inamzsızlıq var, insanları o qədər aldadıblar ki, inanmırlar. Bizim ABŞ-da yaşayan alimimiz var, xəstələnib müalicə olunandan sonra yazmışdı ki, burada sənin sığortan varsa, sənin atan da, anan, qardaşın, yaxının, hər şeyin artıq dövlətdir. Səni xəstələndiyin andan götürüb tam sağalana qədər hər şeylə təmin edirlər. Adamın paxıllığı tutur. Əlbəttə, bizdə də bunu eləmək mümkündür. O qədər savadlı, istedadlı həkimlər var ki, xaricə çıxıb gediblər”.




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 17:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər