reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvandan Türkiyəyə keçən İran avtomobilində narkotik aşkar edilib

reklam

Naxçıvandan Türkiyəyə keçən İran avtomobilində narkotik aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə olan həşiş qətranı, həmçinin kabinədə idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.

Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə olan marixuana aşkar olunub.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
3-12-2022, 12:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər