Mətbuat Şurasının sədri deputata ÇAĞIRIŞ ETDİ
Millət vəkili Erkin Qədirliyə
Hörmətli Erkin bəy.
Bu gün cəmiyyətin böyük bir kəsimi Sizi peşəkar və intellektual hüquqşünas kimi qəbul edir və tanıyır. Son illər Siz Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında və digər beynəlxalq qurumlarda da uğurla təmsil edirsiniz. Bundan əlavə, Sizin hüquqi biliklərinizdən ayrı-ayrı peşə adamları, o cümlədən, jurnalistlərimiz əhəmiyyətli dərəcədə faydalanırlar.
Sizin xüsusilə ən fərqli mövzular, o cümlədən, hüquqi məsələlərlə bağlı Feysbuk sosial şəbəkəsindəki şəxsi profiliniz vasitətlsilə etdiyiniz maarifləndirici paylaşımlarınız daima ciddi maraq doğurub, əksəriyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Cəmiyyətin informasiya ilə təmin olunmasında, ictimai rəyin formalaşdırıılmasında sərhədsiz imkanlara malik sosial şəbəkələrin müstəsna rol oynadığı, eyni zamanda, öz məkrli niyyətlərini təbliğ və təşviq etmək məqsədilə bu sonsuz imkanlardan bəhrələnməyə çalışan müxtəlif qrupların və güc mərkəzlərinin hər gün daha da fəallaşdığı indiki dövrdə Sizin və Sizin kimi savadlı, təcrübəli, müasir düşüncəli insanların sosial şəbəkələrdə fəallığına, öz fikir və mülahizələri ilə maarifçilik fəaliyyətinə ciddi ehtiyac var. Deyilənləri nəzərə alaraq bu yaxınlarda Azərbaycan Mətbuat Şurası adından sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edərək biz onları bu platformanı öz məkrli niyyətlərinə alət etmək istəyənlərə qarşı barışmaz olmağa çağırmışdıq.
Hörmətli Erkin bəy.
Azərbaycan cəmiyyəti üçün belə bir həssas məqamda sosial şəbəkələrdən uzaqlaşmağınızı və Feysbuk səhifənizi bağlamağınızı Sizi tanıyanlar və izləyiciləriniz təəssüf və məyusluqla qarşıladılar. Sizin və sizin kimi düşüncə adamlarının hansısa qaragüruhçunun haqsız və məkrli münasibətindən incik düşüb sosial şəbəkəni tərk etməsi əslində, səviyyəli və intellektual insanların bu meydanda olmasını arzulamayan həmin girəvəçil qrup və şəbəkələrin öz çirkin niyyətlərini daha rahat şəkildə həyata keçirmələrinə münbit şərait yaradır, onlara qol-qanad verir. Məhz bu baxımdan Mətbuat Şurasının sədri kimi mən Sizin yenidən sosial şəbəkələrə qayıtmağınızı və öz Feysbuk profilinizi bərpa etməyinizi arzulayardım. Hesab edirəm ki, bu təkcə mənim yox, eləcə də Sizin çoxsaylı izləyicilərinizin ürəyincə olardı. Ona görə də inanıram ki, bizim bu istəyimizə diqqətlə yanaşacaq və təklifimizi müsbət qiymətləndirəcəksiniz.
Səmimi hörmətlə,
Rəşad Məcid,
Azərbaycan Mətbuat Şurasının sədri
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2022, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər