"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Hər gün süfrəmizə qoyduğumuz duzun tərkibindən xəbəriniz varmı?
Azərbaycanda istehsal olunan bəzi duzların mənbəyi - Masazır gölü - həm də kanalizasiya sularının təyinat nöqtəsidir.
"Duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir". Bu sözləri prezident İlham Əliyev 2010-cu ildə "Azərsun Holdinq"ə məxsus olan duz zavodunun açılışında demişdi.
Prezidentin söz açdığı yüksək standartlar istehsal olunan duzun keyfiyyətinə həqiqətən aiddirmi? Zavodun istehsal sahəsi Masazır gölündə yerləşir. Ekoloqlar bir neçə dəfə gölün qurumasıyla bağlı öz narahatlıqlarını ifadə edib. Lakin ətraf ərazilərdə yerləşən binaların kanalizasiya suları gölün qurumasına imkan vermir.
Sonra isə bu gölün suyu emal olunaraq, duz şəklində süfrələrimizə gəlir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın sədri Eyyub Hüseynov deyir, bu problem heç də yeni deyil.
Gölün yaxınlığında yaşayan sakinlərlə əməkdaşımız həmsöhbət olub. Binaların çirkab sularının hara axıdılmasını nə cavanı bilir, nə də qocası. Bilənlər isə təəccüblənir.
Masazır gölünə kanalizasiya sularının axıdılması ilə bağlı "Azərsu" ASC-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirildi ki, gölə tullantılar yalnız qış aylarında axır.
Masazır gölünün ətrafında infrastruktur qurulub. Amma gölün bir hissəsində infrastruktur boş olan ərazini əhatə etmir. Qış aylarında qrunt suları artanda gölə axır. Bu da sırf yağıntılarla bağlı olan məsələdir.
Kanalizasiya axıntısının dolub daşaraq, gölə yönəldiyi gözlə görünür.
Eyyub Hüseynov deyir, keyfiyyətsiz qida istehsalı istehlakçıları çətin vəziyyətdə qoyur. Nə keyfiyyətli qida istifadə edə bilirlər, nə də sağlamlıqlarını qoruya.
Masazır gölündən duz istehsal edən Azərbaycan Duz İstehsalat Birliyi "Azərsun Holdinq"in tərkibindədir.
Beynəlxalq Araşdırmaçılar Konsorsiumu bu holdinqin Əliyevlər ailəsinə bağlı olduğunu üzə çıxarıb. Holdinq kanalizasiya sularının duz istehsalına təsiri ilə bağlı sualları cavabsız qoyur.
Toplum TV əvvəllər də mövzu ilə bağlı şirkətə müraciət edib, amma cavab ala bilməyib.
Nəticədə hər gün süfrəmizə gələn duzun tərkibində kanalizasiya sularının da qatqısı az deyil.
Toplum TV
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2022, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər