reklam
Regionxeberlericom.az » Sosial » Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir

reklam

Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir

Ölkəmizdə rüşvətxor korrupsioner məmurlara qarşı hüquq-muhafizə orqanlarının prinsipial mübarizəsi göz önündədir. Büdcəni talan etmək, vətəndaşlara ayrıllan pulları mənimsəmək, rayonların, bölgələrin, şəhərin müxtəlif yerlərinə ayrılan vəsaitləri aidiyyəti üzrə xərcləməyib öz şəxsi mənafeyi üçün xərcləyən iş adamları da var. Onlar düşünməsin ki, dövlət lahiyəsi üçün ayrılan vəsaitləri özlərinə və övladlarına dəyəri yüz minlərlə manata olan maşın alıb sürməklə, bahalı mülklərdə yaşamaqla sonrada canlarını dövlətimiz, vətənimiz üçün fəda verən baş tacımız olan Qarabağ qazilərinin pullarını mənimsəməklə heç nəyə qadir ola bilməyəcəklər.

Hələ bu azmış kimi Qarabağ qaziləri o bahalı evinizin qarşısında haqqların tələb edəndə “Bakıda deyiləm” deyib borc sahiblərinin qarşısında özünüzün cəsarəti çatmayanda xanımınızı çıxarasınız, bu ümumiyyətcə faciədir. Hara qaçsanız da dövlət qanunlarından qaça bilməyəcəksiz!

Söhbət Müqayis Verdiyevdən gedir. Müqayis Verdiyev kimdir?

Bu şəxs 2016-cı ildə ikinci dəfə dələduzluğa görə həbs edilib O, dövlətin Sumqayıt şəhər bulvarına abadlıq üçün ayırdığı millyonlarla manat pulu mənimsəməkdə ittiham olunaraq həbsdə olduğu müddətdə yerli mediadan oxusanız Sumqayıt Şəhər icra başçısı Zakir Fərəcovu ittiham edirək bildirirdi ki, pulları o yox Fərəcov mənimsəyib hətta 12 il azadlıqdan məhrum olundu, 3 il çəkmədi ki, azadlığa çıxdı, azadlığa çıxdıqdan sonra bir neçə jurnalisti başına yığaraq Zakir Fərəcov əleyhinə media materaallarını ötürdü.

Bir sözlə desək, Fərəcova qarşı istənilən şantaj silahından istfadə etdi.

Onun həbsxana həyatından sonra yenidən yer alması çoxlarında şok effekti yaratdı. Ötən gün isə bir neçə Qarabağ qazisi Müqayis Verdiyevin yaşadığı evin qarşısına toplaşaraq bildirirlər ki, Müqayis Verdiyevə yenidən hansısa yollarla 4 millyon manatlıq tender verilib, o isə bunun 2 milyonunu mənimsəyərək özünə və övladına bahalı avtamobil alıb amma onlara məxsus daş karxanasından götürülən materiealların dəyəri yüz mindən yuxarı olan borcunu ödəmir, ödəməkdən boyun qaçırır. Hər dəfə onlara tez bir zamanda görüşəcəyik deyə yalandan vədlər verir. “Bu şəxs dələduzluq, dövlət malını talamaya görə dəfələrlə həbsxana həyatı yaşasa da dərs olmur, görünür arxasında hansısa gözəgörünməz qüvvələr var” deyə etirazçılar bildirib.

“Azərbaycan Reallığı” sözü gedən məsələ ilə bağlı baş prokurorluğa sorğu göndərib. Qurumdan bildirilir ki, Baş vermiş məsələ ilə bağlı xəbərdardırlar, artıq müəyən araşdırmalarda başlanılıb.

Həbsaxanadan ölkə prezidentinə və baş prokurora etdiyi müraciətlərində Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini bildirən Müqayis Verdiyevin yenidan Sumqayıt şəhərində tikinti işləri ilə məşğul olmağa başlaması isə o anlama gəlir ki, iş adamı həbsxanaya danışılmış şəkildə yollanıb.

Bütün bunlardan sonra hər şeyin əvvəlcədən planlandığı və Müqayis Verdiyevin həbs edilməsinin bir oyun olduğunu deməkdə olar.

Dövlət lahiyəsinə ayrılmış milyonlarla manatı mənimsəmək, daha sonra 3 il həbsxana ilə canını qurtarmaq, üstəlik həbsxanadan azad olunduqdan sonra həbsxana rüşvət müqabilində ona həbsxana rəhbərliyi tərəfindən xususi diqqət göstərməsi dustaqlardan ayrı olaraq yer ayrılması, telefon işlətməsinə şərait yaradılması və.s kimi sözləri deməsi görünür yeni aldığı 400 min manatlıq avtomobilə sığmayan Müqayis Verdiyev kimi iş adamlarına dərs olmayıb.

İnanırıq ki dövlətimizin hüquq-muhafizə orqanları vətən üçün canını fəda edən Qarabağ qazilərimizin pozulmuş hüquqlarını tez bir zamanda bərpa edəcək, onlara dəymiş ziyan ödəniləcək, ölkəmizin adını rəzil edən Müqayis Verdiyev kimilər haqqında tez bir zamanda ən ciddi tədbirlər görüləcək… //AZERBAYCANREALLIGI.COM//




Paylaş:


Müəllif : Tarix:
8-12-2022, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər