reklam
Regionxeberlericom.az » Sosial » "Nazirlərə sual verəsən ki, hansı yaşaya bilər 300 manatla!?"

reklam

"Nazirlərə sual verəsən ki, hansı yaşaya bilər 300 manatla!?"

















“Səhər tezdən saat 9-dan axşam saat 8-dək rus atı kimi düz dayanırıq burada. Bax, beləcə…”

RegionXəbərləricom.az xəbər verir ki, "Meydan TV" pensiya yaşının yuxarı olması insanların dolanacaq tərzi barədə yazı hazırlayıb.

Həmin məqaləni təqdim edirik.

Pul qazanmaqdan ötrü şaxtalı havada durub müştəri gözləyən sürücülərin yaşı 60-nın üzərindədir. Kimisi pensiya yaşına – 65-ə çatmağı gözləyir, kimisi də 65 yaşın da xeyrini görmür. Aldığı pensiya ehtiyaclarını qarşılamağa yetmir.

“Onda gərək qəbristanlığda alasan o pensiyanı. Pensiya bir az tez verilsə, yaxşı olardı. Mən getmişəm avtobus parkına, deyirəm ki, işə götürün. Deyirlər ki, sənin yaşın keçib. Deyirəm, bəs axı əmi nə pensiya alır, nə də iş verirsiniz. Deyir, o bizim problemimiz deyil, dövlətin problemidir”.

“Yoldaşımla birlikdə 450 manat pensiya alırıq. Vallah, 450 manat heç dərman pulunu görmür. İnsandır da, yeməlidir. Gündə iki çörək yeyilir. Bunun kommunalı var. Görmür, heç nəyi görmür. Nəvə deyir, mənə pul ver. Şokalad al. Özü də dili yoxdur, göstərir ki, belə-belə. Onun da bir ədədi 2 manatdır. Haradan alım 2 manata? Durmuşam burada, 2 manat işləmişəm? Yox!”

Ölkədə 2017-ci ildən bəri hər il pensiyaya çıxmaq üçün yaş həddi 6 ay artırılır. Bu hesabla kişilərin pensiyaya çıxmaq yaşı 2021-ci ildən 65-dir. Qadınlarsa 2026-cı ildən 65 yaşında pensiya alacaqlar.

“Dolana bilmirəm. Çox çətinlik çəkirəm. Yaşlı vaxtımdır, yeriyə bilmirəm. Mal yox, qoyun yox. Burada soyuğun altında bu çiçəklərlə oturmuşam. Heç nə yoxdur”.

BMT-nin hesablamalarına görə Azərbaycanda gözlənilən ömür uzunluğu 73 yaşdır. Yəni pensiyaya çıxdıqdan sonra cəmi 8 il yaşamaq?

“Ötən il Azərbaycanda vəfat edən kişilərin təxminən yarısı 65 yaşına, yəni, pensiya yaşına çatmadan vəfat etmişdi. Qadınlarda isə bu göstərici təxminən 35 faizə yaxındır. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda insanların yaşam müddətini nəzərə aldıqda pensiya yaşı çoxdur”.

İqtisadçı Fərid Mehralızadə deyir ki, hesablamalara görə ölkədə hər iki kişidən biri pensiya yaşına çatmadan vəfat edir. Hökumət isə hesab edir ki, Azərbaycanda 65 yaşına çatan şəxs 12 il pensiya ala biləcək. Buna görə də pensiya hesablanarkən şəxsin çalışdığı illər ərzində topladığı pensiya kapitalı 144-ə bölünür.

“Hökumət yeni qəbul etdiyi qərarlarla pensiyaya çıxış imkanları olanların sayını azaltdı. Əgər qeyd etdiyimiz həmin 100 mindən artıq insan da bu gün əmək pensiyası alsaydı, hökumətin xərcləri daha çox olacaqdı. Təbii ki, bu pensiyaya çıxmaqla bağlı şərtlərin çətinləşməsi hökumətin bu istiqamətdəki xərclərinin azaldılmasına gətirib çıxarır”.

Hökumət isə hesab edir ki, Azərbaycanda 65 yaşına çatan şəxs 12 il pensiya ala biləcək. Buna görə də pensiya hesablanarkən şəxsin çalışdığı illər ərzində topladığı pensiya kapitalı 144-ə bölünür.

“Biz bilmirik ki, o səlahiyyət kimdədir. Məsələn, prezident də deyir ki, pensiyaları az yaşda verin. Deputatlardan da deyən var. Bu işin qabağını kim alır? Çox müəmmalı məsələdir”.

Deputat demişkən, Milli Məclisdə çıxışı zamanı Vahid Əhmədov deyib ki, “Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa ehtiyac var. O sual edib ki, pensiya yaşının artırılmağı büdcəyə nə verdi? Çox keçməyib ki, sualına cavab gəlib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya yaşının azaldılması təkliflərinə rədd cavabı verib. Nazir deyib ki, pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil.

“Toxun acdan xəbəri olmaz. Onlar 100-150-200 manatla yaşaya bilərlər? Vəkillərə, nazirlərə sual verəsən ki, hansı yaşaya bilər 300 manatla!? Mənim 5-6 nəvəm var. İstəyirəm ki, dövlət onlara qayğı göstərsin. Göstərməlidir də. Kasıb-kusubun uşaqlarını aparıb qırırlar, öldürürlər, gətirib atırlar üstünə, amma ona nə uşaqpulu verir, nə bir qayğı göstərir”.

Ömür boyu iş başında olub, pensiya yaşı gəlib çatanda necə vətəndaş həmin təqaüdlə yaşaya bilirmi?

“Sərf eləmir! İstəyirsən, başıma güllə tut, sərf eləmir! Mən fikirləşirdim ki, heç olmasa, minimum 500 manat pensiya verəcəklər. Vermədi. 248 manat”.

Pensiya az, ömür qısa. Zaman onların əleyhinə işləyir.

Dövlət isə pensiya siyasətinə dəyişiklik etməkdə istəkli görünmür.





Paylaş:


Müəllif : Tarix:
9-12-2022, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər