reklam
Regionxeberlericom.az » Sosial » İcra başçısı Gəncə küçələrində İT OVUNA ÇIXIB... - NARAZILIQ VAR!

reklam

İcra başçısı Gəncə küçələrində İT OVUNA ÇIXIB... - NARAZILIQ VAR!


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış etməsinə baxmyaraq Gəncənin icra başçısı isə sahibsiz itlərin güllələnməsinə əmr verib.İtlərin bu cür kütləvi şəkildə məhv edilməsi Gəncə heyvansevərlərin ciddi narazlığına səbəb olub.

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytının E-mail ünvanına tükürpədici videofaktlar göndərilib.

Bir qurup Gəncə sakinləri redaksiyamıza göndərmiş olduqları şikayətdən belə aydın olur ki, gecə əhalinin istirahət etdiyi vaxt güllə səslərinə oyanıblar.Ərazidə yaşayan sakinlər itlərin səs-küyünə toplaşaraq bu hadisəni törədən şəxsləri saxlayıblar.Nəticədə məlum olub ki, itləri güllələyən Tayota Karolla markalı 77 FB 267 nömrə nişanlı avtomobildə əyləşən Firuddin Sadıqovdur.

Sakinlər qeyd edirlər ki, hətta özlərinə məxsus olan qapı itləri də güllələnib.Həmin amansız ovçunun gecə vaxtı məhv etdiyi yüzlərlə itin meyitləri toplanaraq ərazidəki zibillikdə basdırılıb.

Halbuki bu itlər üçün dərin xəndəklər qazılıb baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə utilizasiya edilməli idi.

Gəncə sakinləri mətbuat vasitəsi ilə Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin rəhbərliklərindən bu “qətliyamçı ovçu” barəsində ölçü götürülməsini tələb edirlər.

Redaksiya olaraq inaırıq ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ov tüfəngi ilə sahibsiz olduğu güman edilən itləri məhv edən şəxs barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş verəcəkdir.

Gəncənin heyvansevərləri icra başçısı Niyazi Bayramovu yalançılıqda ittiham edirlər.Belə ki, Niyazi müəllim heyvansevərlərə söz verib ki, şəhərdə sizə sığınacaq yeri verəcəyik.İitləri yığıb aparıb orda yerləşdirərsiniz.Bu günə kimi verilən vədlər isə yerinə yeirilməyib.

Qaldıki it vuran Firuddin Sadıqova ondan da heyvansevərlər aidiyyatı qurumlara çoxsaylı şikayətlər etsələr də bu günə kimi heç bir tədbir görülmədiyini bildirirlər.Gəncə heyvansevərləri bildirirlər ki, itlərin qətliyamı dayandırılmasa Gəncə şəhər icra hakimiyyəti qarşısnda etiraz aksiyası keçirəcəyik.

Səsləndirilən ittihamlarla bağlı qaşı tərəfin də mövqeyini dərc edə bilərik.

İtlərin güllələnməsi videosunu təqdim edirik: 




Paylaş:


Müəllif : Tarix:
10-12-2022, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər