reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycan sülhməramlılardan tam imtina edə bilər - Başqa cür ola da bilməz...

reklam

Azərbaycan sülhməramlılardan tam imtina edə bilər - Başqa cür ola da bilməz...

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq növbəti təxribat nəticəsində baş tutmayıb.

Sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib. Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.

Bu gün isə bir qrip QHT təmsilçiləri Xankəndinə gedən yolu bağlayaraq monitorinqə şərait yaradılmasını tələb diblər.

Qeyd edək ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə Azərbaycan tərəfi müzakirələr aparsa da, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə həyata keçirilməyib. Əslində Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu, orada məskunlaşan ermənilərin təxribatından çox sülhməramlıların qəsdən hazırladığı təxribata oxşayır.

Bu səbəbdən də Azərbaycan sülhməramlıların qanunsuz hərəkətləri ilə bağlı Rusiyaya nota verdi. İndiki şəraitdə Rusiya Müdafiə Nazirliyi hansısa tədbir görəcəkmi?

Məlumata görə, Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları ilə bağlı ciddi addım atılmalıdır:

“Çünki bu, görünməmiş bir hadisədir. Sülhməramlılar öz səlahiyyətlərini ciddi şəkildə aşırlar. Dünən Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya nota da verdi. Notada göstərilir ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirmir və azərbaycanlı mütəxəssislərin müəyyən ərazilərdə monitorinq aparmasına şərait yaratmırlar. Onlar guya yerli əhalinin narazılıq yaratdığı görüntüsünü yaratmağa çalışırlar. Amma bütün bunlar birbaşa Rusiya siyasi rəhbərliyinin siyasətidir. Hətta Ruben Vardanyanın ora göndərilməsi də təsadüfi deyil. O, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ora göndərilib. Onlar proseslərə və Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsinə mane olmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər”.

Partiya sədri bildirib ki, Azərbaycan rəsmi qaydada öz hədəfinə doğru gedir. Artıq bununla bağlı da müəyyən addımlar atılır:

“Mətbuat nümayəndələri sülhməramlıların nəzarətində olduğu əraziyə girməyə cəhd etdilər. Üstəlik mətbuatın istənilən yerə informasiya almaq üçün getmək haqqı var. Xüsusilə Azərbaycanın mətbuat nümayəndələri ölkəmizin istənilən ərazisinə gedə bilərlər. Amma buna imkan verilmədi. Bu gün də qeyri-hökumət təşkilatları Şuşaya səfər edərək sülhməramlıların komandiri Andrey Volkovla görüşmək istəyirlər. Hesab edirəm ki, aydın bir mövqe ortaya qoyulub, amma nəticəyə nail olmaq üçün bir az da təkid etmək lazımdır”.

Partiya sədri vurğulayıb ki, təkcə Rusiyanın hərbi rəhbərliyi olan Müdafiə Nazirliyi deyil, siyasi rəhbərliyi də bu məsələyə qarışmalı və Prezident Vladimir Putin səviyyəsində qərar qəbul olunmalıdır:

“Sülhməramlılar ya 10 noyabr 2020-ci il Bəyanatına uyğun hərəkət etməli və Azərbaycanın qanuni tələblərini yerinə yetirməlidirlər, ya da onların rəhbərliyi dəyişməlidir. Onlar həqiqətən də Rusiyanın Müdafiə Nazirliyinə tabe olmaq istəmir və Kremlin siyasi kursundan kənar hərəkət edirlərsə, bununla bağlı ölçü götürülməlidir. Əgər ölçü götürülmürsə, belə bir vəziyyət yaranacaq ki, Rusiya siyasi rəhbərliyi sülhməramlıların bu cür yarıtmaz hərəkətləri ilə anti-Azərbaycan fəaliyyəti təşkil edir. Ona görə də Azərbaycan Rusiyadan tələb etməlidir ki, sülhməramlılar razılaşmaya uyğun hərəkət etsinlər. Əks təqdirdə, Azərbaycanın tam haqqı var ki, sülhməramlıların bu “xidmət”indən imtina etsin”.




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər