Vasif Talıbovun Bakıya GƏTİRİLDİYİ DEYİLİR... - NƏ BAŞ VERİR?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlib.
Bu barədə "AzPolitika.info"ya Naxçıvandakı etibarlı mənbə məlumat verib.
Vasif Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi muxtar respublikadakı "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlar barədə məlumatlandırılacaq.
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.
***
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra Ali Məclisin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edirdi.
Mötəbər mənbələrdən daxil olan məlumata görə, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. Muxtar respublika rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.
Vasif Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.
Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2022, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər