reklam
Regionxeberlericom.az » Sosial » Deputatdan Xankəndidəki “xəstələr”lə bağlı Səhiyyə Nazirliyinə və TƏBİB-ə çağırış

reklam

Deputatdan Xankəndidəki “xəstələr”lə bağlı Səhiyyə Nazirliyinə və TƏBİB-ə çağırış


“Xankəndində başında de-fakto Volkov - Vardanyan cütlüyünün durduğu separatçı rejim orada xəstəxanalarda ağır vəziyyətdə olanların Laçın yolunun bağlanması səbəbindən İrəvana aparıla bilməmələri ilə bağlı səs-küy qaldıraraq bunu soyqırımı kimi təqdim edirlər. Əlbəttə, cəfəngiyatdır”.


Regionxeberlericom.az musavat.com-a istinadla xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat qeyd edib ki, soydaşlarının timsalında Vardanyan, 366-cı alayın başında duranlarla eyni məqsədi güdən general Volkov əsl soyqırımın nə olduğunu Xocalıda və bizə qarşı törədilən digər hərbi cinayətlərdən yaxşı bilirlər. S.Alıyev ardınca sensasion təşəbbüslə çıxış edib: “Xankəndindəki ağır xəstələrə gəldikdə, Səhiyyə Naziliyimizə və TƏBİB-ə təklifim budur ki, onların tezliklə Bakıya gətirilərək ən yaxşı xəstəxanalarımızda müalicə edilmələrinə hazır olduğumuz haqda açıqlama yaysınlar. Qoy Qarabağdakı dinc haylar görsünlər ki, Azərbaycanda onlara düşmən gözü ilə baxılmır. Amma bu ölkədə qalıb yaşamaq istəyirlərsə, digər vətəndaşlarımız necə onlar da elə qanunlarımıza uyğun hərəkət etməlidirlər, əks təqdirdə Ermənistana üz tutmaqdan başqa yolları yoxdur”.


Deputat qeyd edib ki, Ermənistanda onlara necə yanaşıldığı kimsəyə sirr deyil: “O da sirr deyil ki, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti onların Ermənistana köçüb getməmələri üçün əlindən nə gəlir edəcək. Ona görə yox ki, haylara canları yanır. Ona görə ki, Qarabağda qalmaları üçün hayların orada olmaları onlara lazımdır. Yəni volkovları haylar yox, nə qədər uzun müddətdə mümkündürsə, bir o qədər Qarabağda qalmaq maraqlandırır. Vardanyan da Xankəndinə məhz bu məqsədlə göndərilib. Və bu Vardanyan Simonyan, Bağdasaryan, Moskvanın maraqlarına cavab verməyən davranış sərgiləyəndə öz xalqını “uzunqulaq” adlandıran Miqranyan və Rusiya televiziyalarında hər gün Ukraynaya od püskürən digərləri kimi əsl rus şovinistləridirlər. Onların hay təəssübkeşliyi Kremlin cızdığı çərçivədən kənara çıxa bilməz və çıxmır. Yəni dələduz Vardanyan Qarabağa oradakı soydaşlarına canı yandığı üçün gəlməyib, Rusiyanın regionda marağını təmin etmək üçün göndərilib”.




Paylaş:


Müəllif : Tarix:
13-12-2022, 13:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər