“Sosial yardım, aliment almıram, çöllərdə qalıram...” - 2 uşaq anası ÇƏTİN DURUMDA
Mingəçevir sakini Həsənova Rəna Allahverdi qızı düşdüyü sosial durumla əlaqədar kömək istəyib.
O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
R.Həsənovanın sözlərinə görə, iki uşaq anasıdır və uşaqları atasız böyüdüb. Övladları Mingəçevir Gimnaziya tipli internat məktəbində oxuyurlar. Özü isə yaşadığı yataqxanadakı otağını satıb küçələrdə qalır. İşlə bağlı Mingəçevir Məşğulluq Mərkəzinə müraciət etsə də, ona istədiyi iş (süpürgəçi) verilməyib:
“14 və 15 yaşında iki uşaq böyüdürəm. İmkansızlığa görə yataqxanadakı otağımı satmışam. Məcbur olub, dolanışığımın dərdindən satmışam. Dolana bilmirəm, iki uşağa baxa bilmirəm, vəziyyətim çox ağırdır. Sosial yardım, aliment, maaş, pensiya almıram. Məşğulluğa gedirəm ki, məni süpürgəçiliyə göndərsinlər, ora da göndərmirlər. Mənə deyirlər ki, get dərzidə işlə. Mən elə şeyləri bacarmıram. Mən çöllərdə qalıram. Xahiş edirəm, mənə köməklik olunsun”.
Vətəndaşın ünvanlı sosial yardım almaması iddiaları ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili Yeniavaz.com-a bildirib ki, R.Həsənovaya daha əvvəl 1 il müddətinə ünvanlı sosial yardım təyin edilib:
“Mingəçevir şəhər sakini Rəna Həsənova 17.06.2021-ci il tarixində elektron qaydada müraciət edib və ailəyə 1 il müddətinə ünvanlı sosial yardım təyin edilib. Sosial yardımın aylıq məbləği isə 209,58 manat olub. Bundan sonra ailənin ünvanlı sosial yardımla bağlı hər hansı bir müraciəti elektron sistemə daxil olmayıb”.
Mingəçevir sakininin sosial vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov Yeniavaz.com-a bildirib ki, Agentliyin nümayəndələri R.Həsənovanın yaşadığı ünvana baş çəkiblər:
“Rəna Allahverdi qızı Həsənovanın iki övladı var və Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada təhsil alırlar. Agentliyin əməkdaşları xanımın bir müddətdir təhsildən yayınan oğlunun yenidən təhsil ocağına qaytarılmasına da lazımi dəstək göstərib və azyaşlı indi təhsilini davam etdirir. Araşdırma zamanı müəyyən olunub ki, anaya övladları üçün 50 manat aliment ödənilir. Rəna xanıma işlə təmin olunması üçün müvafiq izahat verilib və aidiyyəti qurumlarla əlaqə saxlanılıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2022, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər