reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycana qarşı növbəti kampaniya… - İNCƏLƏMƏ...

reklam

Azərbaycana qarşı növbəti kampaniya… - İNCƏLƏMƏ...

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Şuşa-Laçın yolundakı son vəziyyətlə əlaqədar bəyanat yayıb. Rəsmi İrəvan bəyanatda Azərbaycanı Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir.

Ermənistan XİN-nin bəyanat yaymasına paralel olaraq, xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisi də Şuşa-Laçın yolunun bir hissəsində “Ekoloji terrora son!” şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlayıb.

Erməni dezinfomasiya maşını…

Prinsip etibarilə həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinfomasiyalar yayacağı gözlənilirdi. Bənzər prosesləri iki il öncə - 44 günülk Vətən müharibəsinin gedişində də müşahidə etdik.

Misal üçün, erməni lobbisi və diasporu artıq Avropanın və dünyanın bir sıra nüfuzlu təşkilatlarına, siyasi dairələrinə həqiqəti əks etdirməyən iddialarla müraciət edib. Diqqətçəkən məqam isə ermənilərin müraciətlərində qeyd etdikləri 44 günlük müharibə zamanı irəli sürdüyü “əsaslar” ilə eynilik təşkil etməsidir. Məsələn, “Xankəndiyə qaz verilişi dayandırılıb”, “Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib”, “Tibbi ləvazimatlar bir neçə günə qurtaracaq”, “İrəvana aparılması planlaşdırılan ağır xəstələr var” və s. Yəni, yenə anti-Azərbaycan kampaniyalarını davam etdirirlər.

Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur. 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir?

Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Bununla belə, Azərbaycan tərəfi rəsmi şəkildə elan edib ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

O ki qaldı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, aksiyalar Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

Bakının cavab zərbəsi

Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiyalarına, hadisəni təhrif etməsinə öyrəşib. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq addımlar atıb.

Birincisi, yuxarıda da qeyd etdiyim kimi, Bakı rəsmi şəkildə elan edib ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu, ermənilərin Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir iddiasını heçə endirir.

İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib.

Turan Rzayev





Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 16:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər