reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvanda gənclərə BELƏ TƏLƏ QURULUR... - NARAZILIQ VAR!

reklam

Naxçıvanda gənclərə BELƏ TƏLƏ QURULUR... - NARAZILIQ VAR!


Naxçıvanda bir qrup gənc, polis əməkdaşlarının onları narkotik ittihamı ilə hədələyərək, pul tələb etdiyini bildirir. Bu haqda "Gündəlik Naxçıvan"a gənclərin özləri məlumat verib. Şikayətçilər deyir ki, onları öncə səbəbsiz yerə polis şöbələrinə çağırırlar. Daha sonra isə, qarşılarına narkotik qoyub, seçim etməyi təklif edirlər: ya üç min manat pul verməlisən, ya da narkotik ittihamı ilə 4-5 il həbs cəzası alacaqsan. Gənclər isə həbsə getməmək üçün istənilən məbləği tapıb onlara verirlər.

Şikayətçi gənc Samir Heydərov deyir ki, on gün öncə onu da səbəbsiz yerə Naxçıvan MR DİN-ə çağırıblar:

“Sahə müvəkkili zəng edib dedi ki, daxili işlər nazirliyinə çağırırlar. Saat 12-də nazirlikdə olmalısan. Səbəbini soruşduqda dedilər ki, orada biləcəksən. Deyilən zaman nazirlikdə oldum. Məni bir polis zabitinin yanına apardılar. Adına Asəm dedilər. O dedi ki, guya mənimlə bağlı məlumat var ki, narkotikdən istifadə edirəm. And-aman etdim ki, belə şey yoxdur. Məni təhdid etdi və seyfdən bükülü narkotik çıxarıb qarşıma qoydu. Dedi ki, “bu sənindir, ya narkotiklə içəri gedib 4-5 il yatacaqsan, ya da 3 min manat pul gətirəcəksən.”

Şikayətçi deyir ki, çıxış yolu olmadığından pul verib canını qurtarmağa qərar verib:

"Yalvardım ki, pulum yoxdu, min manat kredit götürüb, sizə verə bilərəm. Məbləği azaldıb 2 min manat etdilər və mənə bir gün vaxt veriblər. Mən də min manat kredit götürdüm, min də qohumlardan yığıb aparıb onlara verdim. Sonra məndən əl çəkdilər. DTX Naxçıvandaykən, qoy bunu da araşdırsın".

Başqa bir şikayətçi, Sahib Cəfərov da eyni problemlə üzləşdiyini bildirir:

"Səhər saatlarında polislər məni evdən götürərək Naxçıvan Daxili İşlər Nazirliyinə aparıblar. Orada bir otaqda 3 saata yaxın gözlətdilər. Tez-tez otağa mülki geyimlilər gəlib mənı tərs-tərs baxır, əllərindəki kağızlara nəyisə yazırdılar. Öz aralarında narkotiklə tutulan hansısa vətəndaşı boynuna almadığı üçün 3 gün döydüklərindən, qabırğalarını qırdıqlarından danışırdılar. Üç saatdan sonra məni başqa bir otağa apardılar. Orada adını öyrənə bilmədiyim polis mayoru və mənə psixoloji basqı göstərən mülki şəxslər var idi. Onlar məndən zorla izahat almaq istəyirdilər. Guyaki, narkotikdən istifadə edirəm və satıram. And içdim ki, belə bir şey yoxdur. Dedilər ki, əməliyyat məlumatı var. Sonra seyfdən qara sellofana bükülü bir şey çıxarıb stolun üstünə qoydular. Dedilər ki, ya boynuna alacaqsan, ya 4 min manat pul verəcəksən. Axırda üç minə razılaşdıq. Qohumlardan borc alıb verdim, əl çəkdilər".




Paylaş:


Müəllif : Tarix:
17-12-2022, 09:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər