reklam
Regionxeberlericom.az » Sosial » Avropa İttifaqı Azərbaycana möhtacdır - FAKT BUDUR!

reklam

Avropa İttifaqı Azərbaycana möhtacdır - FAKT BUDUR!


Avropa İttifaqı (Aİ) enerji ilə bağlı istiqaməti Azərbaycana çevirdi.

Bakıdan aldığı təbii qazı ikiqat artırmaq üçün müqavilə imzalayan Brüssel indi elektrik enerjisi üçün də müqavilə imzalayıb.

Regionxeberlericom.az cebhe.info-ya istinadla xəbər verir ki, Türkiyə mətbuatı Avropa İttifaqının elektrik enerjisi üçün Azərbaycana ehtiyacı olduğu ilə bağlı yazılar dərc edib.

“Aksam.com.tr” saytının məlumatına görə, Avropa İttifaqı Azərbaycanın ehtiyac duyduğu alternativ enerji mənbəyi üçün qapısını döyməkdə davam edir. İyulda Bakıdan aldığı təbii qazı ikiqat artırmaqla bağlı müqavilə imzalayan Brüssel indi də elektrik enerjisi üçün müqavilə imzalayıb.

Ermənistana 30 il Qarabağ bölgəsini işğal etməsinə göz yuman Avropa İttifaqı ölkələri enerji məsələsində çətinliklə üzləşəndə Bakının qapısını çalmağa başlayıb.

Əvvəllər Azərbaycandan təbii qaz alışını artırmağa razılıq verən Brüssel indi elektrik enerjisi ilə bağlı müqavilə imzalayıb.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz elektrik xəttinin çox əhəmiyyətli olduğunu və layihənin Qara dənizin 2 tərəfini həm enerji, həm də rəqəmsal şəbəkələrdə birləşdirəcəyini bildirib.

Xatırladaq ki, Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb.

“Yeni Şafak” qəzetinin məlumatına görə, müqavilə ilə Qara dənizin altından Azərbaycanı Gürcüstan və Rumıniya üzərindən Macarıstana birləşdirəcək elektrik xətti çəkiləcək. Bu, həm də Rusiyadan fosil (heyvan və bitki qalıqlarından üzvi maddələrin parçalanmasından yaranan bərpa olunan bir enerji mənbəyidir) yanacaq idxalına son qoymağı hədəfləyən Avropa İttifaqı üçün yeni enerji mənbəyi olacaq.

Müqaviləyə əsasən, Azərbaycan dəniz külək stansiyalarından əldə etdiyi elektrik enerjisini Qara dənizin altından keçəcək kabel vasitəsilə Gürcüstan vasitəsilə Rumıniya və Macarıstana ixrac edəcək.

Mərasimdə çıxış edən Ursula von der Leyen bu sazişin Aİ-ni Cənubi Qafqaz regionundakı tərəfdaşlarına yaxınlaşdıracağına və eyni zamanda təmiz enerjiyə keçidə kömək edəcəyinə diqqət çəkib.

Ursula von der Leyen izah edib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə onlar Rusiyanın fosil yanacaqlarından imtina edib etibarlı enerji tərəfdaşlarına üz tutublar.

Gələcəyin təmiz, sərfəli və təhlükəsiz bərpa olunan enerji mənbələrində olduğuna diqqət çəkən Ursula von der Leyen, bərpa olunan enerji mənbələrinin enerji müstəqilliyinə və enerji təchizatı təhlükəsizliyinə töhfə verdiyini bildirib.

O, bərpa olunan enerjiyə üstünlük vermək üçün imzalanmış sazişi alqışladığını vurğulayıb: “Artan bərpa olunan enerji istehsalının inteqrasiyası üçün bizə daha güclü elektrik əlaqələri lazımdır. Ona görə də Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dəniz elektrik xətti çox vacibdir".

Ursula von der Leyen bunun iddialı bir layihə olduğunu söyləyib.

Qeyd edək ki, iyul ayında Brüssel Bakı ilə 2027-ci ilə qədər Azərbaycandan alacağı təbii qazın iki dəfə artırılması ilə bağlı müqavilə imzalayıb.

"Cənub Qaz Dəhlizi" çərçivəsində inşa edilən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa hissəsi olan TAP-ın illik gücü 10 milyard kubmetr olaraq hesablanır. Ötən il bu kəmərlə Aİ-yə 8 milyard kubmetr təbii qaz vurulub. Bu il Aİ-yə 12 milyard kubmetr təbii qazın nəqli gözlənilir.

Yeni razılaşma ilə bu kəmərin ötürmə qabiliyyətinin iki dəfə artırılacağı və 2027-ci ilədək Aİ-yə 20 milyard kubmetr təbii qazın göndərilməsinin nəzərdə tutulduğu açıqlanıb.




Paylaş:


Müəllif : Tarix:
19-12-2022, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər