reklam
Regionxeberlericom.az » Sosial » Milli Məclisin 5 tenderi ləğv edilib - SİYAHI

reklam

Milli Məclisin 5 tenderi ləğv edilib - SİYAHI

Azərbaycanda dövlət satınalmalarına nəzarət edən qurum - Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti noyabr ayında Milli Məclisin 2 tenderini ləğv edib.

Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, tenderlər parlamentin inzibati binasında müxtəlif xidmətlər və bir sıra avadanlıqların alınması ilə bağlı olub. Ləğv edilmənin səbəbi tender elanın düzgün yerləşdirilməməsi olub.

Ləğv edilən tenderlər (Lot 1) Xüsusi sifarişlə hazırlanmalı olan dəftərxana, mətbəə və digər malların satın alınması; (Lot 2) Xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmətlərin göstərilməsi üçün xüsusi sifarişlə hazırlanmalı olan hədiyyələrin və digər malların satın alınması; (Lot 3) İnzibati binaların kondisioner sistemlərinin və çiller qurğusunun təmir-bərpa işlərinin satın alınması; (Lot 4) İnzibati binanın vestibülü üçün payəndazın (ayaqaltı) satın alınması; (Lot 5) Xidməti otaqlar üçün jalüz pərdələrin satın alınması; Lot 6 - İnzibati binalarda zəif cərəyanlı sistemlərin quraşdırılması, rabitə və şəbəkə kabellərinin test olunması işlərinin satın alınması üzrə olub.

Qeyd edək ki, bu Milli Məclisin ləğv edilən ilk tenderləri deyil. Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti ötən parlamentin daha 3 tenderini ləğv edib.

Bura (1) kompüter, kompüter avadanlıqları, periferiya qurğuları (ehtiyyat hissələri daxil), katric, toner, məişət və video-foto avadanlıqlarının satın alınması, (2) Milli Məclisin inzibati binalarına və xidməti otaqlarına jalüzlərin satın alınması, Milli Məclisin inzibati binalarında cari təmir-bərpa işlərinin satın alınması işləri üzrə tenderlər aiddir.

Ləğv edilmənin səbəbi tenderlərə lazımi saydı iştirakçının qoşulmaması və tender təklifi formal tələblərə uyğun gəlməməsi olub.




Paylaş:


Müəllif : Tarix:
19-12-2022, 14:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər