reklam
Regionxeberlericom.az » Sosial » “Naxçıvandakı idarəetmə siyasəti dayandırılmalıdır” - "Köhnələrin vağzalısı çalınır"?

reklam

“Naxçıvandakı idarəetmə siyasəti dayandırılmalıdır” - "Köhnələrin vağzalısı çalınır"?


"Vasif Talıbovun vəzifəsini hələ ki birinci müavini Azər Zeynalov icra edəcək. V.Talıbov sessiyada özü iştirak etmədiyinə görə, istefa ilə bağlı ərizəni müavini təqdim edib".

Bunu "Sherg.az" Naxçıvandan olan tanınmış jurnalist Çingiz Özgür Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsindən danışarkən deyib. Həmkarımız bildirib ki, avtomatik olaraq, birinci müavin adıçəkilən sədrin yerinə təyin edilir:

"Yeni təyinat alacaq şəxs isə fəaliyyətinə Naxçıvan Ali Məclisini, oradan seçilən bütün deputatları buraxmaqla başlamalıdır. Hər kəsə məlumdur ki, V.Talıbovun gedişinin səbəbi səhhətində yaranan problemlə əlaqədar deyil. Belə olduğu halda Naxçıvanda bu günə qədər aparılan idarəetmə siyasəti dayandırılmalıdır".


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bugünkü iclasda istefa verib. Sədrin birinci müavini onun səhhətində yaranan problemlərə görə, istefa verdiyini səsləndirilib.




Paylaş:


Müəllif : Tarix:
21-12-2022, 18:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər