Səhiyyə sistemi necə iflic duruma salınıb... - İTTİHAM
İyulan 29-da bütün gücümü səfərbər edib, şəkərli diabet xəstələrinə dövlətin pulsuz verməli olduğu dərmanlarımı almaq üçün poliklinikaya üz tutdum. Bu dərmanları əldə etməyin özü xeyli üzücü bir «prosedur»dur ki, barəsində bir neçə dəfə yazmışam. İndi isə budəfəki «macəra»mı ortaya qoyacam ki, heç olmasa bir qədər təsəlli tapa bilim – onsuz da «Şirəli səhiyyə»nin müalicəvi tərəfindən danışmağın özü yekabaşlıq olardı…
Üz tutdum həkimə – qapısının ağzına «piyli hərflər»lə «endokrinoloq» yazılıb. Həkim və mən bir-birimizə o qədər «yad»ıq ki, hələ indiyə qədər (xəstəliyim 2013-cü ildə aşkarlanıb) ayırd edə bilməmişəm, «endokrinoloq» bu həkimin adıdır, yoxsa soyadı?
Bəs, bu «yad» münasibət haradan qaynanlanır? Qulaq asın, söyləyim. Mən, kasıb bir pasiyentəm – həkimə verməyə pulum yoxdur. Məhz bu səbəbdən dolayı, həkim mənə nifrət bəsləyir – baxışlarından hiss edirəm, amma üzə vurmuram. Həkimin özü isə rəzil gündədir – məvacibi normal yaşamaq üçün ona bəs eləmir. Odur ki, təmas vaxtı gözləri xəstənin gözlərinə yox, ağzına zillənir… ki, onun ağzının qırağında «təzə dolma yağı»nın qalıqlarını tapsın – adam belə «pisniyyətlilik»dən lap ikrah edir! Bax, çağdaş Azərbaycanda həkim-xəstə antaqonizminin səbəbi budur. Bir tərəkəmə atalar məsəlində deyildiyi kimi: «Pəyə (tövlə) dar olanda, günahı inək inəkdə görər…»
Həkim, guya məni müalicə edirmiş kimi, dedi «səni göndərəcəm rentgenə» – get yoxlasınlar. Etiraz etdim – getmirəm, lazım deyil, iki aydan bir rentgendən keçməliyəm?! Qoy, ölkədə hələ ki, vicdanını itirməmiş həkim qalıbsa, söyləsin: bir pasiyent il ərzində neçə dəfə rentgendən keçə bilər ki, normadan artıq «şüa dozası» almasın?
Bəs, nə üçün bu xilafi-həkim məni rentgenə göndərmək istəyir? Cavab çox sadədir – «endokrin» həkimin göndərişi ilə rentgenə getsəm, oradakı «şüa doxduru»na 5 manatverməliyəm – «xəstə səhiyyə»nin yazılmamış qanunudur. Bu pullar toplanacaq və sonradan «endokrin»lə «şüa doxduru» arasında «qardaş malı» kimi bölünəcək. Şübhəsiz, bu bölgüdən «Şirəli nazir»ə də pay çatacaq. Ona görə, yazının başlığında yazdım: HARAM OLSUN BELƏ NAZİRƏ! Həkimlərə toxunmuram – çünki gerçəkdən YAZIQDIRLAR!…
Xeyli çək-çevirdən sonra, nəhayət, «endokrin» xanım mənin pulsuz dərman reseptimi yazıb, verdi əlimə – get, özün bilərsən, öləcəksən! «Daha nəyim qalıb ki, – göz görə-görə əriyirəm, bir gün gec, bir gün tez…» – deyib, o biri poliklinikadakı(poliklinikaların biri Yeni Günəşlinin lap axırında, digəri isə Qaraçuxurda yerləşir – getmək üçün bir neçə avtobus dəyişməlisən və yolpulunu cəmləsən, pulsuz dərmanların haqqını üstələyər!) «pulsuz» aptekə yollandım…
Aptekçi qız resepti əlimdən aldı, arxasına bir telefon nömrəsi yazıb, qaytardı və görünməmiş biganəliklə ərz elədi: «Dərmanlar qurtarıb, hər dəfə ayın axırına çatmır – gələn ayın 6-da bu telefona zəng vurarsan, dərmanlar gəlsə, gəlib götürərsən…»
Bir aptekçiyə baxdım, bir reseptə baxdım, bir ətrafa baxdım… və deməyə söz tapmadım. Bilmirəm, bu qız məni analdı, ya yox, amma həmin anda Şirəli nazir əlimə düşsəydi, yüzə-yüz, onu parça-parça eliyərdim! Aptekçidə bir günah görmürəm…
Bax, dərmanlarımın olmaması səbəbindən dolayı, ötən üç gün ərzində bu sətirləri yazmağa hey-hərəkətim olmadı! Fəqət, bu gün qəflətən qışqırdım: Evrika! Yəni ki, tapdım… Nəyi tapmışdım? Nə üçün dərmanların «pulsuz» aptekdə olmadığının gerçək səbəbini tapmışdım. Ani olaraq anladım ki, dərmanlar «pulsuz» aptekdə yoxdursa, deməli, «pullu aptekdə»dir!
Bəs, bunda məqsəd? Həəə, bax, ruslar demiş, «vot, qde sobaka zarıta!». Deməli belə – dərmanlarımı rahatça alıb, geri qayıtsaydım, bu yazı 3 gün öncə ərsəyə gələrdi. Yəni, təxminən belə: Dərmanları «gizlədin» ki, canı ilə əlləşsin, halı olmasın ki, yazıb “mərdimazarlıq” eliyə, etiraz səsini ucalda bilməsin…
Beləliklə, Azərbaycan səhiyyəsinin (ad şərtidir, ona «şirəli səhiyyə» də demək olar – mahiyyət dəyişməz – naqis səhiyyədir!) qarşıya qoyduğu məqsəd göz qabağındadır – millətin kökünü kəsmək! Bunlar hamısı bir yerdə, xeyli zorba bir zəlidir – darışıb millətin cisminə, qanını sorur… ehey, qaniçənlər, yabançılar, oğrular, quldurlar, riyakarlar, dinsizlər, imansızlar… bizdən olmayanlar!!!
Bəs, Azərbaycan səhiyyəsinin belə rəzil duruma gəlməsində KİMDİR GÜNAHKAR?!Təckə «Şirəli nazir»? Əsla! Bəs daha kim(lər)? Suala növbəti yazıda kompetent cavab verməyə çalışacam, Mirzəni izləyin…
AzPolitika.info
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2019, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2019, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07