"Bura müraciət edən insan sağalmaq əvəzinə yeni xəstəlik tapar" - Video
"İsmayıllı rayonu, İstisu kəndində fəaliyyət göstərən tibbi məntəqəsi bərbad vəziyyətdədir. Bura müraciət edən insan sağalmaq əvəzinə yeni xəstəlik tapar".
Bu sitat "Xəzər xəbər"in sözügedən tibb məntəqəsindən hazırladığı reportajda səslənib. Bildirilib ki, səhiyyə müəssisəsinin pəncərə çərçivəsində şüşə əvəzinə taxta var, onu da kol-kos basıb.
Qeyd olunur ki, döşəmə və tavan da yararsız vəziyyətdədir, divarlarında iri çatlar var, məntəqə hər an çökə bilər.
Mövcud problem səbəbindən İstisu kəndinin sakinləri tibbi xidmətlərdən yararlanmaq üçün uzun məsafə qət edib rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu da əlavə vaxt itkisidir.
Məsələ ilə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda həmin məntəqədə çalışacaq ixtisaslı və peşəkar kadr yoxdur:
"Bu məntəqənin yenidən qurulması və tam gücü ilə fəaliyyət göstərməsi üçün ilk növbədə bu problemi aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra yenidənqurma istiqamətdə müvafiq addımlar atıla bilər".
Daha ətraflı:
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2022, 00:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər