Gələn il Qarabağ qazilərinə ayrılan, amma verilməyən əlavələr veriləcək? - Qarabağ əlillərinin sanatoriya-kurort müalicəsi yeni ildən təşkil olunacaq?
Gələn il Qarabağ qazilərinə ayrılan, amma verilməyən əlavələr veriləcək?
Qarabağ əlillərinin sanatoriya-kurort müalicəsi yeni ildən təşkil olunacaq?
Hökumət Qarabağ qazilərinə xidmətdən imtina edir
Qarabağ savaşı əlillərinə qarşı özbaşınalıq sosial-iqtisadi , hüquq –ədliyyə - məhkəmə sahəsində daha qabarıq nəzərə çarpır. Təsəvvür edin, Qarabağ qazisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan icra məmurunun rüşvət, tamah dələduzluğu ilə şantaj edilir və qanuni – hüquqi icra sənədi olmadan pensiyası borc adına məktubla (?) yarıqat edilir , hələ də bu tutulan qazi haqqı geri ödənilmir. Qarabağ qazisinin xeyrinə çıxarılan qanuni məhkəmə qərarı isə onlarla illərdir icra olunmur.
Əlillərin sanatoriya – kurort yollayışları ilə təmin olunmasının təşkil edilməsindən isə Qarabağ savaşı əlillərinə pay düşmür. Sadəcə Qarabağ qazilərinə xidmətdən imtina edilir. İmtinadan məhkəməyə müraciət edəndə isə iddianın mümkün sayılmasından imtina edilir. Hüquq mühafizə orqanları da inzibati icraat qaydasında işə baxmaqdan imtina etdiyindən, Ombudsman əlil hüquqlarını qorumağa müvəkkillikdən imtina etdiyindən, Qarabağ qaziləri hüquqsuz, yardımsız durumdan çıxış yolunu canlarına qıymaqda görürlər.
İndiyədək Qarabağ əlillərinin sanatoriya – kurort , istirahət hüquqları çox yüksək səviyyədə təşkil olunub. Hətta Bakı da işində olmaqla, hər rayonun sosial müdafiəsi mərkəzlərinin Qarabağ əlillərinə zəng edib, istirahət yerlərini təklif etmələri də qazilərin yaddaşındadır. Nə yazıq, indi istirahət, sanatoriya-kurort müalicəsi elə yaddaşlardan yada düşür. Prezidentin 30.06.2020 -ci il tarixli fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin (SXA) Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələri ilə əlillərin reabilitasiyası , onların sanatoriya-kurort putyovkaları ilə təmin olunmasının TƏŞKİL EDİLMƏSİ görəvini daşıyan Agentlik Qarabağ əlillərinə xidmətdən imtina edir. İmtinanın səbəbini Nazirlər Kabinetinin 12.08.2002 tarixli 128 saylı qərarı ilə izah edən SXA-nın Prezident fərmanını, qanunu NK-nın qərarından aşağıda tutmasının yolverilməzliyi bir yana, yollayışla TƏMİN OLUNMANIN yollayışla təmin olunmanı TƏŞKİL ETMƏKdən (qərəzlə və ya qərəzsiz) ayıra bilməməsi Qarabağ qazilərini istirahətsiz, sanatoriya-kurort müalicəsindən mərhum duruma salıb. Yalnız ümumi xəstəliklərdən əlil olanlara xidmət etməyə səlahiyyətli olduqlarını bildirən sosial xidmətçilər Qarabağ qazilərinə xidmətin hansı qurumun üzərinə düşdüyünü də açıqlamırlar. Müdafiə Nazirliyi, DİN , digər hərbi – güc qurumları da səlahiyyətsiz olduqlarını pensiya təminatının 2006-cı ildən ƏƏSMN-ə verilməsi ilə əsaslandırırlar. Belədə gözlər Nazirlər Kabinetinə, dövlət hakimiyyətinə dikilir. BƏYƏM HÖKUMƏT BİLMİR Kİ, QARABAĞ QAZİLƏRİNİN SANATORİYA – KURORT MÜALİCƏLƏRİNİN TƏŞKİL EDİLMƏSİ KİMİN ÜZƏRİNƏ DÜŞÜR? Axı Qarabağ əlilini müalicə , reabilitasiya, istirahət maraqlandırır, dövlətin hansı qurumunun bu işi etməsi yox? 23.12.2021 tarixli , 405 nömrəli NK qərarı ilə 12.08.2002 tarixli qərara edilən dəyişiklik də bir ildir icra olunmur.
Qarabağ əlillərinə Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı və 29.12.2000 tarixli 597 saylı sərəncamı ilə ayrılan, lakin verilməsindən imtina edilən toplam 36-40 manatlıq əlavənin verilməsi birbaşa ƏƏSMN -in səlahiyyətlərinə aid olsa da, hələ də səlahiyyətlərindən yararlanmır. Eləcə də NK-nın 09.01.2013 tarixli ərzaq payı normasının ikiqat artırılması haqqında qərarının Qarabağ qazilərinin pensiyalarına əlavə edilməməsinin “səlahiyyətsizliyinin” yaşı 10 il olur. Prezidentin 23.12.2021 tarixli fərmanı ilə vəzifə maaşına müəyyən edilmiş 20 faizlik əlavənin qazi -şəhid ailələrinin pensiyalarına əlavə edilməsi də səlahiyyətdən qıraqda qalıb. Eləcə də indi ləğv edilən “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsi kimi, 2019-cu ildə ləğv edilən 19 -cu maddə ilə nəzərdə tutulan 55-110 manat arası əlavələr də 13 il 3 ay qüvvədə olmasına baxmayaraq Qarabağ qazilərinə verilməyib.
Hökumət nümayəndələri , deputatlar gələn ildən pensiyaların, sosial ödənişlərin artırılacağından danışmaqdan doymur. Bəs Qarabağ qazilərinə ayrılan, lakin verilməsindən imtina olunan əlavələr gələn ildən pensiyalarda görünəcək? Qarabağ əlillərinin sanatoriya -kurort, istirahət hüquqlarının təminatı necə, konkret səlahiyyətli qurum müəyyən ediləcəkmi? Görəsən , hökumət Qarabağ qazilərindən nə (pislik) görüb ki, onlara xidmətdən imtina edir? Dədəm Qorqudun kitabında dediyi kimi, qılıncındanmı görüb, süfrəsindənmi?
Məğrur Bədəlsoy
P. S. Əlil – veteran təşkilatlarının 3-5 manat qarşılığında qazilərin hüquqsuzluğuna susmasını bir yana qoyaq. Fikrimizcə, siyasi partiyalar Qarabağ qazilərinin Prezident fərmanı , NK qərarları , qanunlarla haqq etdiyi , lakin verilməsindən illərlə imtina edilən pensiyaya əlavələrin təyinatı üzrə verilməsinə çalışmalıdırlar. Hökumətin qazilərə xidmətdən imtinasına qeyri- hökumət təşkilatları sussa da, siyasi partiyalar susmalı deyil, fikrimizcə. ..
Paylaş:
Müəllif : Fuad
Tarix:27-12-2022, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər