Naxçıvanın yeni rəhbərindən AÇIQLAMA: "Qadağalar ləğv olunacaq"
"Prezidentin tapşırıq və tövsiyələri çox geniş olduğu üçün qısa müddətdə yerinə yetirmək çətindir. Bunu hər kəs yaxşı başa düşməlidir".
Bu sözləri "Real Tv"yə açıqlamasında Prezidentin Naxçıvana yeni təyin edilmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək:
"Mən özüm naxçıvanlıyam və burada olan problemləri daha yaxşı bilirəm. Naxçıvan digər bölgələrimizə nisbətən blokada şəraitində idi. Artıq zamanla həmin qadağaların əksəriyyəti ləğv olunacaq. Qanundan kənar hansısa şəxsi və keyfi qərar varsa heç biri qalmayacaq".
Yeni rəhbər ötən gün sosial şəbəkələrdə yayılan fotolara da münasibət bildirib:
"Mən bu cür həyata öyrəşə bilmirəm. Ona görə axşamtərəfi istədim şəhərdə kiçik bir gəzinti edim. Əhali də yaxınlaşdı, danışdıq, problemləri dinlədim. Mən xalqdan biriyəm. Bu adi bir gəzinti idi planlanmış deyildi".
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2022, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər