Azərbaycanda saxta pensiya düzəldənlərə cinayət işi açıldı
Hesablama Palatası tərəfindən dövlət vəsaiti və digər dövlət əmlakının istifadəsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, araşdırma zamanı respublika tabeli şəhər və rayon üzrə pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin müvafiq sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə bu il iyunun 31-dək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şühbələr müəyyən edilib.
Toplanmış materialda ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin əlamətləri müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2022, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər