reklam
Regionxeberlericom.az » Sosial » Nazirlikdən şagirdlərə yeni CƏZA gəlir: - Məktəblərdə gələn ildən başlayaraq...

reklam

Nazirlikdən şagirdlərə yeni CƏZA gəlir: - Məktəblərdə gələn ildən başlayaraq...

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl məktəblərdə davranış pozuntusu edən şagirdlərin psixoloqa yönləndiriləcəkləri, intizamsız uşaqlarla bağlı qaydalar müəyyyənləşəcəyi ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib. Onun sözlərinə şagirdin dərsə gecikməsi, ev tapşırığını yerinə yetirməməsi birinci dərəcəli davranış pozuntusudur:

“Bu hallar davam edərsə, pozuntu artıq növbəti dərəcəyə keçir”. Elnur Əliyev qeyd edib ki, məktəblərdə davranış pozuntusu edənlərə qarşı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq kartları təqdim ediləcək: “Sarı xəbərdarlıq məktubu valideynə göndərilir və şagirdin şəxsi işinə qoyulur. Şagird davamlı olaraq “qırmızı kart” alarsa, hüquqi proses başlanır. Bu zaman yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri prosesə cəlb olunacaqlar. Şagird davranış qaydalarında pozuntular həm də qanunaziddirsə, bu zaman proses qanunvericiliyə uyğun olacaq”. Elm və Təhsil Nazirliyinin mətbuatda yaydığı yeni cəzalandırma qaydaları nə vaxtdan tətbiq olunacaq? DİA.AZ bildirir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında bununla bağlı artıq təhlillərin aparıldığını bildirib:

"Camaatın rəylərin öyrəndik".

Elm və Təhsil Nazirliyinin rəsmisi qeyd edib ki, növbəti ildən, yəni növbəti aylardan bu cəza tədbirlərinin orta məktəblərdə tətbiqi gözlənilir:

"Hansı ayda olacağını isə deyə bilməyəcəyəm. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Təhsil eksperti Kamran Əsədov isə mövzuya münasibətində bildirib ki, hazırda qanunvericiliyin tələblərində şagirdlərin etik davranış qaydaları qeyd olunub. Ayrıca şagirdlərin məktəbdaxili davranış qaydalarını müəyyən etməyə ehtiyac yoxdur:

"Digər tərəfdən, şagird davranış qaydalarını irəli sürən şəxsin ümumiyyətlə, bu şeydən anlayışı yoxdur. Ona görə ki, bir sıra orta ümumtəhsil məktəblərində şagirdlərlə 150 min müəllim işləyir. Siz təsəvvür edin birdən- birə məktəbdə 5- 10 şagirdi sinifdən kənarlaşdırdınız, onlara kim nəzarət edəcək? Axı məktəbdə elə bir ştat yoxdur. Birinci şagirdin saxlanılması üçün yer yoxdur, ikinci də heç kim sizə o ixtiyarı vermir ki, şagirdi bu tipdə cəzalandırasınız. Bu, mövcud qanunvericiliyin tələblərinə, insanların hüquq və azadlıqlarına ziddir".

Ekspert bildirib ki, bu etik davranış qaydalarını irəli sürən şəxslər təhsildən anlayışsız olduqlarını göstərirlər:

"Nizamnamələrdə kifayət qədər qaydalar müəyyənləşib. Bu, yalnış tərzdir. Şagirdlərin davranış qaydalarına nəzarət etmək üçün daha təkmil üsulları ortaya qoymalıyıq. Onsuz da bu, qanunda var, işləkdir. Məktəbdə bu kartı göstərə biləcək şəxs varmı? Kim edəcək bunu? Sinif rəhbərimi, yaxud da məktəb dırektorumu? İş qaydaları, yanaşmaları var. Hər hansı effekt verimiyəcək. Bundan əvvəlki layihələr də hamısı yarımçıq qalıb, hamısı boş- boşuna "pul silməkdən" ibarətdir. Bu da onlardan biri olacaq. Nə təhsilin keyfiyyətinin artırılmasında, nə şagirdlərin intizam qaydalarında əhəmiyyəti olmayacaq".

Kamran Əsədov nəzərə çatdırıb ki, problemi həll etmək üçün müəllimlərlə işləmək lazımdır. Çünki tədrisi təşkil edən müəllimlərdir:

"Təklif edilən layihə birmənalı şəkildə effektiv olmayacaq".




Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 15:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər