Masallının baş həkimi rüşvət alarkən tutulub - Rəsmi
İki gün öncə saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən baş həkim Eşqin Əliyev vətəndaşdan rüşvət alarkən yaxalanıb.
Əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də xəstəxanada şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilib.
Qeyd edilənlərlə bağlı cinayət işi başlanıb, Eşqin Əliyev Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvarında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında R.Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi 2021-ci ilin noyabrında işdən çıxarılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-12-2022, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər