Ali Məhkəmədən hakimin diplomunun saxta olması iddiası ilə bağlı - Açıqlama
Ali Məhkəmə son günlər mətbuatda və sosial şəbəkələrdə hakim Abiddin Hüseynovun diplomunun saxta olması barədə yayılmış iddialarla bağlı açıqlama yayıb.
Ali Məhkəmə Milli Məclisin deputatı Etibar Əliyevin 2022-ci ilin 23 dekabr tarixində parlamentin iclasında səsləndirdiyi və daha sonra bununla bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış fikirləri təkzib edib.
Bildirilib ki, Ali Məhkəmənin hakimi Hüseynov Abiddin Qabil oğlu ilk ali təhsilini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda alıb, 1997-ci ildə həmin İnstitutun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
Qeyd olunub ki, A.Hüseynov 2000-ci ilin yanvar ayında iş fəaliyyətinə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsində başlayaraq, həmin il ikinci ali təhsil üzrə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub.
2002-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirib. 28.11.2003-cü il tarixində ona Rusiya Federasiyasının vahid dövlət nümunəli “ВСБ 0640474” nömrəli diplomu verilib.
Ali Məhkəmə həmin diplomun 2008-ci ildə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qayadaları”na əsasən Təhsil Nazirliyi tərəfindən tanındığını əlavə edib.
Qeyd edək ki, millət vəkili Etibar Əliyev feysbuk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun da diplomunun saxta olduğunu bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2022, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər