Azərbaycanda rəisin oğlu adam bıçaqlayıb? - İddiaya CAVAB
Ağsuda bıçaqlanma hadisəsi olub.
Regionxeberlericom.az Lent.az-a istinadla xəbər verir ki, iddiaya əsasən, hadisə dekabrın 27-də rayon ərazisində yerləşən “Şeyx Dursun” qəbiristanlığında baş verib. Burada Rauf Səfər oğlu Məmmədov Tərlan Vaqif oğlu Bəbirovu bıçaqlayıb.
Məlumata görə, Rauf və Abdulmahmud Məmmədov qardaşları ilə Tərlan Vaqif oğlu Bəbirov bir məclisdə iştirak ediblər. Məclisin sonlarına yaxın onlar arasında söyüşlü zarafat olub. Tərəflər aydınlıq gətirmək üçün “Şeyx Dursun” qəbiristanlığına gediblər.
Həmçinin Rauf və Abdulmahmud Məmmədov qardaşlarının Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədovun övladları olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məsələ barədə Lent.az-a bildirib ki, Tərlan Bəbirovun kənar iki şəxslə mübahisə etməsi, eləcə də ona bıçaq xəsarəti yetirilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir:
“O, əzilmə xəsarətləri olduğu üçün rayon Mərkəzi Xəstəxanasına müraciət edib və izahatında yaşadığı ünvanda yıxılaraq xəsarət aldığını bildirib. Tərlan Bəbirovda hər hansısa bir kəsilmiş-deşilmiş xəsarət aşkar edilməyib və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2022, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər