AZAL-ın elan etdiyi kampaniyadan şikayət var - SƏN DEMƏ...
Azərbaycan Hava Yolları (AZAL) tərəfindən bir müddət öncə Bakı-İstanbul və əks istiqamətə aid edilən iki bilet alana 3-cüsü hədiyyə kampaniyası ilə bağlı şikayət var.
Regionxeberleri.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, axşam reysləri üçün nəzərdə tutulan kampaniyanın 26 dekabr - 8 yanvar tarixlərində həm bir tərəfə, həm də gediş-dönüşə alınan biletlərə şamil olunduğu bildirilirdi.
Sosial şəbəkələrdə isə aviaşirkətin sözügedən kampaniyaya əməl etməməsi ilə bağlı məlumatlar paylaşılır. Rəhman Məmmədli adlı feysbuk istifadəçisi iddia edir ki, qeyd olunan şərtlər daxilində həyat yoldaşı üçün İstanbula gediş-dönüş bileti alıb, lakin ona 3-cü bilet hədiyyə olunmayıb: “AZAL-a yazdım, dedilər ki, bu, bir bilet sayılır. Tamam dedim, özüm üçün bilet aldım, üçüncü bilet üçün yenidən AZAL-a yazdım, indi də gah deyirlər kampaniya eyni bronda olan biletlərə aiddir, gah deyirlər biletlər eyni anda alınmalıdır. Bir kəlmə desələr ki, vermirik, daha yaxşı olar. Guya vermirik desələr, nə deyə bilərik ki?!”
Məsələyə aydınlıq gətirmək üçün AZAL-a müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 3-cü aviabiletin hədiyyə olunması üçün 2 nəfər üçün bir istiqamətə eyni anda bilet alınmalıdır: “AZAL tərəfindən həyata keçirilən cari (2+1) kampaniya çərçivəsində yalnız eyni vaxtda 2 aviabilet əldə edərkən aviaşirkət 3-cü aviabileti hədiyyə olaraq təqdim edir.
Təklif 26 dekabr 2022-ci il və 8 yanvar 2023-cü il tarixləri arasında yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək. Yəni, aviabilet 2 nəfər üçün bir istiqamətə eyni anda alınmalıdır ki, 3-cü bilet hədiyyə olunsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2022, 16:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər