reklam
Regionxeberlericom.az » Sosial » Vətən müharibəsi əlilinə bunu da etdilər - Polis işə qarışdı

reklam

Vətən müharibəsi əlilinə bunu da etdilər - Polis işə qarışdı


Bakıda Vətən müharibəsi əlilinin atasına qarşı dələduzluq edilib.

Regionxeberlericom.az Lent.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Sabunçu rayon icra başçısının əmrilə ev növbəsinə duran üçüncü qrup Vətən müharibəsi əlili Kənan Seyidova 1 otaqlı mənzil verilib. Bakı şəhər sakini Natiq Əliyev isə həmin evi Ramana qəsəbəsi Südçülük Sovxozunda tikiləcək binadan 3 otaqlı mənzillə dəyişdirəcəyi barədə müharibə iştirakçısının atası Vüqar Seyidovu inandırıb. Bu yolla ondan 3 min manat alıb.

V. Seyidov aldadıldığını görüb polisə üz tutub. Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində N. Əliyev törətdiyi əməli etiraf edib. Onun barəsində başlanan cinayət işi rayon prokurorluğuna göndərilib.

V. Seyidova dəyən ziyan isə tam olaraq, ödətdirilib.




Paylaş:


Müəllif : Tarix:
29-12-2022, 16:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər