Azərbaycanda elektrik enerjisi ucuzlaşdırılır? - AKTUAL
Azərbaycanda gələn ildən əhalinin bərpa olunan mənbələr hesabına istehsal etdiyi elektrik enerjisi vergidən azad edilib.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kilovat (150 kilovat daxil olmaqla) güc həddinə qədər istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad olunub.
Qeyd edək ki, son illər ölkədə bərpa olunan enerji mənbələrininin tətbiqi istiqamətində həm hökumət tərəfindən bir sıra addımlar atılır, həm də vətəndaşlar fərdi şəkildə istifadəyə maraq göstərir. Vergi Məcəlləsinə bu istiqamətdə edilən dəyişiklik istehlakçılarda bərpa olunan enerjiyə marağı artıracaqmı və ölkədə enerji qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaqmı?
Məlumata görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bu dəyişiklik bərpa olunan enerjidən istifadə edən şəxslərə şamil olunur, ancaq ölkədə həmin vətəndaşların sayının çox olduğunu düşünmür: "Xaricdə, xüsusilə də Avropada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Bizdə Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kilovat güc həddinə qədər göstərilir. Əgər bunu stimullaşdırmaq istəyirlərsə, məhdudiyyət qoymasınlar. Kim bundan istifadə edirsə, onu vergidən azad etsinlər ki, ölkədə bu sahə inkişaf etsin. Hər bir halda əhalinin mütləq əksəriyyətinə, xüsusilə də şəhərlərdə yaşayanlara aid deyil. Digər bir məqam isə odur ki, Vergi Məcəlləsində azad olmalarda müddət qoyulur. Məsələn, gəlir vergisi 7 il müddətinə azaddır və digər belə vergilər var. Ancaq bu vergidə heç bir müddət qoyulmayıb. Yəni bu, bir tərəfdən də o deməkdir ki, istənilən vaxt bu dəyişikliyi ləğv edə bilərlər. Vergidən azad olduğuna görə əhali bu fəaliyyətlə məşğul olmağa üstünlük verəcəksə, növbəti il bunu ləğv edərlər. Burada yaxşı variant odur ki, məsələn, vergidən azad olmanı 10 il yazsınlar. Həmin fəaliyyətlə məşğul olan insan biləcək ki, 10 il vergi verməyəcək. İndi gedib bir qrup vətəndaş bununla məşğul olsun, 1-2 il vergi tutmasınlar, ancaq sonra istehlakçıların sayı artan kimi vergi tutsunlar".
Enerjinin qiymətlərinə təsirinə gəldikdə isə ekspertin sözlərinə görə, bununla bağlı istehlakçıya “Gedib bərpa olunan enerjidən istifadə edin, vergi də tutmuruq, şərait yaradırıq” deyəcəklər: “Ümumiyyətlə, Tarif Şurasının nəyinsə qiymətini endirməsini nə vaxt görmüşük. Son illərdə belə bir fakt görməmişik. İndiki dövrdə dünyada qiymətlər qalxır, geosiyasi gərginlik var, işğaldan azad olunmuş ərazilərin bərpasına xeyli vəsait ayrılır, dövlətdən nəyinsə qiymətinin endirilməsini mən gözləmirəm. Əksinə, hardasa dövlət bizə stimul yaradırsa, məsələn, elə bərpa olunan enerjidən istifadəni təklif edirsə, daha dəqiq göstəricilər olmalıdır. Vergidən azad olma ilə bağlı müddət göstərilməlidir, bir neçə il sonra yenidən vergi bərpa ediləcəyi təqdirdə, bu, insanlaın aldadılmasıdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2023, 15:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər